Bank Of Baku

Baxçasarayda “Şərq bazarı” V beynəlxalq televiziya müsabiqə-festivalı keçirilir

Baxçasarayda “Şərq bazarı” V beynəlxalq televiziya müsabiqə-festivalı keçirilir
# 04 sentyabr 2009 13:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Baxçasarayda “Şərq bazarı” V beynəlxalq televiziya müsabiqə-festivalı keçirilir. APA-nın məlumatına görə, müsabiqədə 64 ölkədən 34 pop-musiqi ifaçısı iştirak edir. Müsabiqədə 16 yaşdan yuxarı yaş həddində olan musiqiçilər iştirak etmək hüququ qazanıblar. Müsabiqənin şərtlərinə görə, iştirakçıların hər biri iki mahnı ifa etməlidir. Bu mahnılardan biri müəllif, digəri isə estrada və ya xalq mahnısı olmalıdır. Azərbaycanın da təmsil olunduğu beynəlxalq müsabiqə-festivalın ötən gün təntənəli açılışı keçirilib. Müsabiqənin I turu bu gün, II turu və qaliblərin mükafatlandırılması sabah, festival iştirakçılarının qala-konserti isə sentyabrın 6-da keçiriləcək. Qeyd edək ki, “Şərq bazarı” V beynəlxalq televiziya müsabiqə-festivalı ilk dəfə 2005-ci ildə Yevpatoriyada keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR