Bank Of Baku

Ermənistan tərəfi: Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq

Ermənistan tərəfi: Türkiyədə İnqa və Anuş bacılarının iştirakı ilə heç bir konsert olmayacaq
# 04 sentyabr 2009 14:27 (UTC +04:00)
Bakı – APA. “Türkiyədə İnqa və Anuş Arşakyan bacılarının iştirakı ilə heç bir konsert olmayacaq”. APA-nın xəbərinə görə, bunu Ermənistan mətbuatına açıqlamasında İnqa və Anuş Arşakyanların prodüseri, “Şarm” şirkətinin direktor müavini Natalya Kazançyan deyib. Müğənnilərin PR meneceri Anna Ovannisyan isə konsert üçün rəsmi dəvət almadıqlarını açıqlayıb. O, heç internet yolu ilə də dəvət gəlmədiyini bildirib.

Qeyd edək ki, Türkiyəni “Eurovision-2009” mahnı müsabiqəsində təmsil etmiş Hadisə Açıqgöz erməni həmkarlarını Türkiyəyə dəvət etdiyini və oktyabrın 14-də Türkiyə-Ermənistan futbol matçından əvvəl Bursa Atatürk stadionunda bərabər mahnı oxuyacaqlarını söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR