Alla Puqaçova Bakıda vida konserti verib
Sənətçi Bakının sürətlə inkişaf etdiyini bildirib. İlk baxışdan Bakını tanımadığını deyən Alla Puqaçova bu güclü iqtisadi inkişafa görə zalda əyləşən dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkür edib.
Proqram boyu yeni mahnıları ilə yanaşı “Aysberq”, “Primadonna”, “Recnoy tramvaycik”, “Pozovi menya soboy”, “Lyubov kak sostayaniye” kimi hit mahnılarını ifa edən müğənni əvvəlcə zala düşərək tamaşaçılarla salamlaşıb, daha sonra dövlət başçısının yanına gedərək onun qarşısında mahnı ifa edib. Konsertin sonuna yaxın Alla Puqaçovaya dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından gül çələngləri təqdim olunub. Müğənni göstərilən diqqətə görə təşəkkür edib: “Konsertimdə prezidentin öz ailəsi ilə birgə iştirakı mənə böyük qürur və şərəf verir. Mən bu səhnədə, sizlərin qarşısında konsert verməkdən çox məmnunam”.
Alla Puqaçova SSRİ-nin xalq artisti, dünya şöhrətli müğənni, uzun illər dostluq etdiyi mərhum Müslüm Maqomayevin ona verdiyi məsləhəti xatırlayıb: “O mənə hər zaman deyirdi ki, “Alla, çalış səhnədən yüksəklikdə olarkən ayrıl, o yüksəklikdən enmə, səhnəni vaxtında tərk elə”.
Konsert boyu Alla Puqaçova ifa etdiyi bütün mahnılarda mono-tamaşa nümayiş etdirib.
Qeyd edək ki, konsertin səhnə tərtibatının müəllifi Rusiyanın tanınmış dizayneri Boris Krasnovdur. Konsertdə sənətçinin istifadə etdiyi geyimlər tanınmış modelyer Valentin Yudaşkin tərəfindəın layihə çərçivəsində hazırlanıb. Konsert proqramı bitdikdən sonra isə tamaşaçıların fasiləsiz alqışları ilə Alla Puqaçova səhnəyə qayıdıb. İlk çağırışda heç bir mahnı oxumasa da, ikinci dəfə səhnəyə təşrif buyuranda “Ya uletayu” mahnısını ifa edib və Bakıdakı vida konsertini məhz bu mahnı ilə yekunlaşdırıb. Pərdələr bağlandıqdan sonra da tamaşaçılar uzun müddət ayaq üstə Alla Puqaçovanı alqışlayıblar. Üçüncü dəfə yenidən səhnəyə qayıdan Rusiya estradasının primadonnası bu dəfə mahnı ifa etməyəcəyini dilə gətirib və artıq proqramının sona çatdığını qeyd edib: “Mən bu alqışları görüb qayıtmaya bilməzdim. Mənə olan alqışların sayı və gurultusu mənim üçün əhəmiyyət kəsb etmir, çünki mən vaxtında bütün bu alqışları görmüşəm. Məni indi bu səhnəyə qaytaran sizin gözlərinizdəki sevgi, qonaqpərvərliyiniz və mehribançılığınız oldu. Bu mənim ümumiyyətlə, səhnədə son qastrolumdur. Mən birdə heç bir ölkədə konsert proqramı ilə çıxış etməyəcəyəm, bunu artıq bilirsiniz. Ancaq bu o demək deyil ki, mən fəaliyyət göstərməyəcəyəm. Qətiyyən belə düşünməyin. Çünki mənim yaradıcılığım teatr, kino sahəsində davam edəcək. Mən ancaq konsert fəaliyyətimə son qoyuram”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib