Bank Of Baku

“Unformal” rok qrupunun iki üzvü Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsinin milli seçimlərində iştirak edir

“Unformal” rok qrupunun iki üzvü Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsinin milli seçimlərində iştirak edir
# 07 sentyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın tanınmış “Unformal” rok qrupunun iki üzvü Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsinin milli seçimlərində iştirak edir. Bu barədə APA-ya məlumat verən qrupun üzvü Dilarə Kazımova deyib ki, milli seçimlərdə qrup şəklində yox, ikilik olaraq Fəridə Melsonla birgə çıxış edirlər. Qrup üzvünün sözlərinə görə, onlar milli seçim üçün “Milk and kisser” adlı yeni layihə hazırlayıblar: “Biz bu vaxtı boşa vermədiyimizi göstərmək istəyirik. Əgər müsabiqəni təmsil etmək şansını qazansaq, istənilən bir üslubda mahnı ifa edə bilərik. Biz burada “Unformal” qrupu kimi qeyd olunmayacağıq. Çünki bu layihə bizim ikimizə aiddir. Fəridə müxtəlif musiqi alətlərində çıxış edir, mən isə mahnı ifa edirəm. Bu şansı qazansaq da, qazanmasaq da, hazırladığımız layihə çox maraqlıdır”.

D. Kazımovanın sözlərinə görə, “Eurovision” müsabiqəsində hələ iştirak edib-etməyəcəkləri müəyyənləşməsə də, sentyabrın 26-dan 29-dək qrup Kiyevdə keçirilən “Rok-Siç” adlı beynəlxalq festivalda çıxış etmək imkanı qazanıb. Festivalda müxtəlif musiqi janrlarının - elektron musiqi, rep, hip-hop, klassik rok ifaçıları iştirak edəcək. “Unformal” qrupunun bu festivalda iştirakı Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Festival çərçivəsində qrupun 45 dəqiqəlik çıxışı nəzərdə tutulur. Bu proqram ərzində isə qrup üzvləri müsabiqənin şərtlərinə uyğun olaraq Ukrayna dilində bir mahnı oxuyacaq. Bununla yanaşı, “Unformal” rok qrupunun bu il ərzində Hollandiya və Türkiyədə keçiriləcək beynəlxalq rok festivallarda iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, “Unformal” rok qrupu “Eurovision-2008” müsabiqəsinin milli seçimlərində iştirak edərək, ilk üç namizəd sırasına daxil olmuşdu. Ancaq həmin il Azərbaycanı müsabiqədə “Day after day” mahnısı ilə Elnur Hüseynov və Samir Cavadzadə təmsil etmək hüququ qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR