Bank Of Baku

“Azəri star-2009”-un bir iştirakçısı intizam qaydalarını kobudcasına pozduğuna görə müsabiqədən uzaqlaşdırılıb

“Azəri star-2009”-un bir iştirakçısı intizam qaydalarını kobudcasına pozduğuna görə müsabiqədən uzaqlaşdırılıb
# 07 sentyabr 2009 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azəri star-2009” mahnı yarışmasının bir iştirakçısı intizam qaydalarını kobudcasına pozduğuna görə müsabiqədən uzaqlaşdırılıb. “Azəri star prodakşn”ın mətbuat katibi Pərviz Əsgərovun APA-ya verdiyi məlumata görə, bu iştirakçı sms nömrəsi 6589 olan Elçin Quliyevdir. P. Əsgərov bildirib ki, iştirakçının müsabiqədən uzaqlaşdırılmasının əsas səbəbi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq: “Bu günlər ərzində Elçin Quliyev dəfələrlə məşqlərə gecikib, bəzən isə gəlməyib. Bu gün isə layihənin təşkilat komitəsi sözügedən iştirakçını müsabiqədən uzaqlaşdırmağa qərar verib”.

Qeyd edək ki, bu gün axşam “Azəri star-2009” müsabiqəsinin digər iştirakçıları hazırladıqları mahnıları təqdim edəcəklər. Sabah isə daha az səs toplayan iştirakçılardan biri müsabiqəni tərk edəcək. Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “vesti.az” internet portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR