Bank Of Baku

"Golden Stag-2009" yarışmasında Azərbaycanı təmsil edən Emin Həsən qrupdan çıxa bilməyib

"Golden Stag-2009" yarışmasında Azərbaycanı təmsil edən Emin Həsən qrupdan çıxa bilməyib
# 09 sentyabr 2009 13:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rumıniyanın Braşov şəhərində “Eurovision” mahnı müsabiqəsindən sonra Avropada ikinci böyük müsabiqə hesab olunan "Golden Stag-2009" yarışması başa çatıb. APA-nın məlumatına görə, dünyanın 20-dən çox ölkəsinin qatıldığı yarışmada Azərbaycanı gənc müğənni Emin Həsən təmsil edib. Emin Həsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra bir sıra beynəlxalq festivallara qatılıb. “Golden Stag-2009” yarışmasında isə E. Həsən Malta, Finlandiya, İsrail, Rumıniya, Bolqarıstan, İtaliya və Moldova sənətçiləri ilə eyni qrupda mübarizə aparıb. Üç mərhələdən - seçim, yarımfinal və finaldan ibarət olan yarışmada ilk üç yeri İtaliya, Rumıniya və Norveç musiqiçiləri tutublar. Müsabiqənin şərtlərinə görə, hər iştirakçı yarışma üçün iki mahnı hazırlayıb. Qeyd edək ki, 1968-ci ildən başlayaraq ənənəvi olaraq hər il keçirilən müsabiqə artıq dünyada böyük populyarlıq qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR