Bank Of Baku

Türkiyənin “Seyhan” musiqi şirkəti Samir Piriyevlə əməkdaşlığa başlayıb

Türkiyənin “Seyhan” musiqi şirkəti Samir Piriyevlə əməkdaşlığa başlayıb
# 14 sentyabr 2009 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc müğənnisi Samir Piriyev Türkiyənin tanınmış “Seyhan” musiqi şirkəti ilə əməkdaşlığa başlayıb. Sözügedən şirkət özü azərbaycanlı sənətçilər arasında məhz Samir Piriyevə bu təkliflə müraciət edib. Şirkət rəhbərliyi bir müddət öncə Türkiyənin “Sən türkülərini söylə” yarışmasında iştirak edən Samir Piriyevin səsini çox bəyənərək bu qərarı verib. Müğənninin mətbuat katibi Kazım Bağırovun APA-ya verdiyi məlumata görə, hazırda Türkiyədə olan Samir Piriyevin albomu hazırlanır. Albomun sentyabrın sonlarında işıq üzü görəcəyini bildirən mətbuat katibi, albomda Samir Piriyevlə Türkiyənin tanınmış sənətçini Zərrin Özərlə duetinin də yer alacağını vurğulayıb. Məhz bu albomda Samir Piriyevə türkiyəli sənətçilər Fərhad Köçər və Fateh Qısabarmağın Samir Piriyevə hədiyyə verdikləri mahnılar da yer alacaq. Gənc bəstəkar İlkinə aid olan “Ağlama qismətim” mahnısını isə Samir Piriyev Azərbaycan və Anadolu türkcəsində ifa edəcək. Albomun adını hələ dəqiqləşdirmədikləri qeyd edən K. Bağırov bunun sürpriz olacağını açıqlayıb. S. Piriyev albom işıq üzü gördükdən sonra Vətənə gələcək və Türkiyə ilə yanaşı Bakıda da albomunun təqdimatını edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR