Bank Of Baku

Aysel Teymurzadənin ilk albomunda Araşın bəstələdiyi bir neçə mahnı yer alacaq

Aysel Teymurzadənin ilk albomunda Araşın bəstələdiyi bir neçə mahnı yer alacaq
# 15 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova –APA. Azərbaycanı “Eurovision-2009” yarışmasında təmsil edən və üçüncülük qazanan Aysel yeni albom üzərində işləyir. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Ayselə albom hazırlıqlarında onun duet ortağı Araş da kömək edir. Məhz albom hazırlıqları ilə bağlı Aysel bir aydan artıqdır ki, İsveçdədir. Müğənninin ilk albomu məhz İsveçdə müqavilə bağladığı musiqi şirkəti tərəfindən hazırlanır. Bu albomda Araşın müəllifi olduğu mahnılar da yer alacaq. Aysel bildirib ki, albom hazırlıqları ilə əlaqədar o hələ bir müddət İsveçdə olacaq: “Başım o qədər albom hazırlıqlarına qarışıb ki, evdə də bütün günü çox hündürdən mahnılar oxuyuram, məşq edirəm. Bu da bəzi qonşuların narazılığına səbəb olur. Hətta qonşuluqda yaşayanlardan biri bu səsdən divarı da döyəcləyir. Araş isə mənə bildirdi ki, qonşuya fikir verməyim, problem olsa ona zəng edim”. Ayselin ilk albomunun oktyabr-noyabr aylarında işıq üzü görəcəyi nəzərdə tutulur. Albom tap hazır olduqdan sonra Aysel bir sıra ölkələrlə yanaşı, Bakıda da həmin albomun təqdimatını keçirəcək. Bundan sonra Aysel bir sıra xarici ölkələrdə konsert proqramı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR