Bank Of Baku

Emin Ağalarov “Kreml”də konsert verəcək

Emin Ağalarov “Kreml”də konsert verəcək
# 16 sentyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tanınmış azərbaycanlı biznesmen və estrada müğənnisi Emin Ağalarov bu ilin sonuna kimi bir neçə ölkədə konsert proqramı ilə çıxış edəcək. APA-nın sənətçinin rəsmi internet saytına istinadən yaydığı xəbər görə, artıq konsertlərdən bir neçəsinin vaxtı və yeri müəyyənləşib. E. Ağalarovun builki konsertləri sırasında “B1 Maximum” klubda keçirilməsi nəzərdə tutulan bir konsert var. Bu konsertin oktyabrın 29-da keçirilməsi nəzərdə tutulur. Noyabrın 6-da isə estrada müğənnisi Dubayda çox məşhur bir oteldə - “Atlantis the palm”-da konsert proqramı ilə çıxış edəcək.

Dekabrın 17-də isə Emin Ağalarov “Kreml” Dövlət Sarayının səhnəsində pərəstişkarlarının qarşısında yeni və sevilən mahnılarını ifa edəcək.

Məlumatında o da bildirilir ki, hazırda Emin Ağalarovun Bakı və Moskvada verdiyi konsertlərin DVD-si hazırlanır. DVD versiyasının oktyabrın sonlarında işıq üzü görəcəyi bildirilir.

Qeyd edək ki, E. Ağalarov ifa etdiyi mahnıların əksəriyyətinin müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR