Bank Of Baku

Abbas Bağırov “Azəri star-2009” müsabiqəsini tərk edən Nigar Qüdrətovaya öz mahnılarından birini hədiyyə edəcək

Abbas Bağırov “Azəri star-2009” müsabiqəsini tərk edən Nigar Qüdrətovaya öz mahnılarından birini hədiyyə edəcək
# 16 sentyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 15-də “Azəri star-2009” musiqi yarışmasının növbəti həftəsi baş tutub. APA-nın məlumatına görə, bu həftə yarışmanın birincisi münsiflər heyətindən ən yüksək bal toplayan Murad Musayev, ən az bal toplayan isə Nigar Qüdrətova olub. Artıq müsabiqədə 15 iştirakçı qalıb və gələn həftədən etibarən müsabiqəyə davam edən 15 iştirakçı birincilik uğrunda mübarizə aparacaq. Müsabiqənin birincisinə isə təşkilat komitəsi tərəfindən avtomobil hədiyyə olunacaq. Bu həftə Abbas Bağırov, Rəqsanə, Lalə Məmmədova, “Azəri star” müsabiqəsinin iştirakçısı Fidan ifaları ilə müsabiqə iştirakçılarını dəstəkləyiblər və onlara uğurlar arzulayıblar. Abbas Bağırov isə müsabiqəni tərk edən Nigar Qüdrətovaya öz mahnılarından birini verəcəyinə söz verib.
Qeyd edək ki, “Azəri star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR