Bank Of Baku

“Walt Disney” kinostudiyasının rəhbəri istefa verib

“Walt Disney” kinostudiyasının rəhbəri istefa verib
# 19 sentyabr 2009 07:30 (UTC +04:00)
Los-Anceles-APA. “Walt Disney Studios” kinostudiyasının rəhbəri Dik Kuk tutduğu vəzifədən istefa verib. APA-nın məlumatına görə, Kuk istefasının səbəbini açıqlamayıb. O yalnız bildirib ki, qarşıda onu yeni macəralar gözləyir. “Walt Disney Studios” kinostudiyasına kimin rəhbərlik edəcəyi hələlik məlum deyil. Kino sektorunda karyerasına 38 yaşında başlayan Dik Kuk ilk əvvəl “Disneyland”dakı attraksionlardan birində işləyib. O, dünyanın məşhur kinostudiyalarından biri olan “Walt Disney Studios”a 2002-ci ildən rəhbərlik edib. Ehtimallara görə, Kukun istefasına səbəb studiyada çəkilən son filmlərin prokatda gözlənilən məbləği toplamamasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR