Bank Of Baku

Yaşar Nuri “Azəri star-2009” müsabiqəsində səsvermənin nəticəsindən narazıdır

Yaşar Nuri “Azəri star-2009” müsabiqəsində səsvermənin nəticəsindən narazıdır
# 23 sentyabr 2009 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 22-də “Azəri star-2009” musiqi yarışmasının növbəti həftəsi baş tutub. APA-nın məlumatına görə, bu həftə yarışmanın birincisi münsiflər heyətindən ən yüksək bal toplayan Murad Musayev, sonuncusu isə Gülnarə Eyvazova olub. Müsabiqənin münsiflər heyətinin üzvləri səsvermədən narazılıqlarını etiraf ediblər. Münsifləri heyətində təmsil olunan xalq artisti Yaşar Nuri bildirib ki, müsabiqə tamaşaçıların səsverməsi nəticəsində istedadlı iştirakçılarını itirir: “Mən elə düşünürəm ki, tamaşaçılar fikirlərini düzgün istifadə etmirlər. Təəssüflər olsun ki, artıq neçə həftədir ki, müsabiqəni istedadlı iştirakçılar tərk edir. Həmin iştirakçılar gələcəkdə bu sənətdə özlərini daha yaxşı göstərə və uğur qazana bilərlər”. Artıq müsabiqədə 14 iştirakçı qalıb və gələn həftədən etibarən müsabiqəyə davam edən 14 iştirakçı birincilik uğrunda mübarizə aparacaq. Müsabiqənin birincisinə isə təşkilat komitəsi tərəfindən avtomobil hədiyyə olunacaq.
Qeyd edək ki, “Azəri star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR