Bank Of Baku

Norveç “Eurovision-2010” müsabiqəsindən 9 milyon avro qazanacaq

Norveç “Eurovision-2010” müsabiqəsindən 9 milyon avro qazanacaq
# 24 sentyabr 2009 09:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision- 2010” müsabiqəsinin təşkilinə 24 milyon avro xərclənəcəyi gözlənilir. APA-nın müsabiqənin saytına istinadən yaydığı xəbərə görə, bu rəqəm gələn ilki müsabiqəyə ev sahibliyi edəcək Norveçin “NRK” televiziyası tərəfindən aparılan hesablamalar nəticəsində ortaya çıxıb. “NRK”-nın direktorunun sözlərinə görə, bir müddət əvvəl aparılan ilkin hesablamalarda müsabiqəyə 17 milyon avro (150 milyon kroun) sərf olunacağı proqnozlaşdırılsa da, bu rəqəm sonradan xeyli artıb: “Biz bu büdcəni Helsinkidə keçirilən müsabiqə əsasında hesablamışıq. Müsabiqə ərəfəsində bu büdcənin artacağı da istisna olunmur. “Eurovision” müsabiqəsinin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür. Bu səbəbdən də həmin günlər işə çıxan işçilərə əlavə maaşlar verilməlidir. Bu da büdcənin artmasına zəmin yaradacaq”. Telekanalın hesablamalarına görə, “Eurovision-2010” müsabiqəsində sahiblik edəcək Norveç müsabiqədən 75 milyon Norveç krounu – 9 milyon avro gəlir əldə edəcək. Bu gəlir bilet satışı və Avropa Yayım Birliyi tərəfindən Norveçə ayrılacaq 3, 5 milyon avroluq qrant hesabına əldə olunacaq.
Xatırladaq ki, Moskvada keçirilən “Eurovision-2009” müsabiqəsinə 40 milyon ABŞ dolları - 27 milyon avro pul sərf olunmuşdu. “Eurovision -2010” müsabiqəsi gələn ilin mayında Norveçin paytaxtı Osloda yerləşən “Telenor” Arenada keçiriləcək. Müsabiqənin yarımfinalları 25 və 27 may, final mərhələsi isə 29 mayda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR