Bank Of Baku

Azərbaycanın xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb

Azərbaycanın xalq artisti İlhamə Quliyeva xəstəxanadan evə buraxılıb
# 24 sentyabr 2009 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir aydan artıqdır ki, xəstəxanada müalicə olunan Azərbaycanın xalq artisti İlhamə Quliyeva evə buraxılıb. Bu barədə APA-ya məlumat verən sənətçinin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, İ. Quliyeva özünü yaxşı hiss edir, həkimlər ona sərbəst gəzməyə icazə verir: “İlhamə xanım dünən axşam həkimlərin qərarı ilə xəstəxanadan evə buraxıldı. Artıq o, kiminsə köməyi olmadan sərbəst və rahat gəzə bilir. Xəstəxanadan çıxmağını İlhamə xanım dostları ilə birgə qeyd etməyi düşünür. Hazırda isə evdə istirahət edir”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti İlhamə Quliyeva avqustun 21-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Avqustun 22-də isə sol ayağında cərrahiyyə əməliyyatı aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR