Bank Of Baku

Flora Kərimovanın verilişinin ilk qonağı Faiq Ağayev olub - FOTO

Flora Kərimovanın verilişinin ilk qonağı Faiq Ağayev olub - <font color=red>FOTO</font>
# 26 sentyabr 2009 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Şou aləmində səs-küyə səbəb olacaq yeni layihəyə start verilib. “Creative Holding”in təqdimatı ilə televiziyalardan birində yayımlanacaq layihə “Qırmızı–qırmızı” adlanır. Verilişin prodüseri Mikayıl Hüseynovun APA-ya verdiyi açıqlamaya görə, sözügedən verilişdə yerli şou-biznesdə baş verən qalmaqallar, həftəlik hadisələr və bu günə qədər hələ də qatı açılmamış xəbərlər müzakirə ediləcək. Verilişin aparıcılarından biri isə xalq artisti Flora Kərimovadır. Layihədə müxtəlif sujetlər müzakirə olunacaq. Verilişə dəvət olunan qonaqlar ekspert gözü ilə hadisələri analiz edəcəklər.

Proqram hər şənbə saat 23:00-da efirə gedəcək. Bu gün yayımlanacaq verilişin ilk qonağı isə sürpriz olub: “Ev sahiblərindən biri olan Flora Kərimovanın proqramında xalq artisti Faiq Ağayev qonaq-ekspert qismində iştirak edib. Maraqlı və hər kəsin təəccübünə səbəb olacaq görüntülər ilk dəfə olaraq “Qırmızı-qırmızı”da yayımlanacaq. İki həmkarın, eləcə də məhkəmə dostlarının bir-birinə münasibəti bu verilişdə aydınlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR