Bu mövsüm hansı rənglər dəbdədir? - SORĞU
Modelyer Gülnarə Xəlilovanın bildirdiyinə görə, bu mövsümdə paltolar, trikotajdan hazırlanmış geyimlər daha çox dəbdədir: “Xanımların nəzərinə çatdıraq ki, bu mövsümdə paltolar, trikotajdan hazırlanmış geyimlər çox dəbdə olacaq. Paltolarda həm trapesiya, həm qol saatı formasında siluet olaraq bu formalar üstünlük təşkil edəcək. Bu sırada həm düz, həm də bədənə yatımlı formaları qeyd edə bilərik. Rəng etibarı ilə daha çox boz və sarıya çalan açıq çəhrayı rəng, eləcə də qırmızı, qara, ağ kimi rənglər paltolarda aktual olacaq. Trikotajlarda isə bütün toxunuşlar – həm qalın, həm incə, həm təbii saplarla sintetik sapların qarışığından istifadə olunan toxunuşlar, firuzəyi, tünd yaşıl, qırmızı, çəhrayı rənglər dəbdədir. Xaki rənglər daha çox hər bir vaxtda istifadə oluna biləcək rəng kimi bu mövsüm üçün də qəbul olunur. Əsasən yaşıl rəng – yaşıl-firuzəyi, tünd və açıq yaşıl çoxluğu nəzərdə olacaq”.
G. Xəlilova bu mövsümün əsas yeniliyindən də söz açıb. Onun sözlərinə görə, 2009-2010 payız və qış mövsümündə əsas ideya həm formalarda, həm də rənglərdə kişi, qadın, uşaq geyimləri arasındakı sərhədin aradan götürülməsi olacaq: “Burda rənglərin miqrasiyası baş verəcək. Kişiyə aid olan rənglərdən qadın geyimlərində, qadına aid olan əlvan rənglərdən isə kişi geyimlərində istifadə ediləcək. Əlbəttə ki, özünü əlvan rənglərdən qoruyan kişilərimiz yenə də tünd rənglərdən yararlanacaq. Sözsüz ki, bu faktor hamıya şamil olunmur. Sırf dəbi izləyən insanlar bundan istifadə edəcəklər. Hər zaman gecə geyimlərində gördüyünüz atlas, ipək məxmər, krujeva və ya gipür parçaları gündəlik həyatdakı geyimlərdə də görmək mümkün olacaq. Eləcə də əksinə, gündəlik geyim formalarında istifadə olunan parçalara gecə geyimlərində də hansısa bir maraqlı kəsim formasında rast gələ biləcəyik. Builki dəbin formalarında bütün bunlar var”.
Modelyer Zemfira Qurbanova da builki payız-qış kolleksiyasının ötən ilkindən çox fərqləndiyini deyib: “Şal və toxunma geyimlər bu ilin dəbdədir. Builki formalarda daha çox qat-qat və büzməli qısa geyimlərə üstünlük veriləcək. 2009-2010 payız-qış kolleksiyası 60-cı illərin dəbini xatırladacaq. 60-cı illərin geyimləri haradasa builki dəbin detallarına köçüb. Yenə də paltar formalarına uyğun botinkalar, krem rənglərin müxtəlif çalarları, eləcə də həmin geyimlərə uyğun taxtadan aksessuarlar və həmin rəngə uyğun corablar dəbdə olacaq. Mövsüm başa çatdığı üçün artıq daha çox tünd rənglərə üstünlük veriləcək. Krem rəngi dəbdədir, lakin o demək deyil ki, hamı krem rəngi geyinəcək. Açıq rənglərdən çəhrayı, firuzəyi, yaşıl rənglərdən də çox istifadə ediləcək. Əsas odur ki, bu mövsümdə eyni rəngələrdən olna geyimlər geyinmək dəbdə olmayacaq”.
Z. Qurbanovanın sözlərinə görə, bu payız-qış mövsümündə kişilər açıq rənglərdən ziyafət geyimlərində istifadə edəcəklər. Həmin çalarlarda yun köynəklərdən və eyni rəngdə ayaqqabılardan istifadə ediləcək. Modelyer son dövrlər paytaxt əhlinin idman üslubundan ötən illərə nisbətən daha az istifadə etməsinin səbəblərini də açıqlayıb: “Həqiqətən də idman geyimləri demək olar ki, tamamilə sıradan çıxır. Bu da dəblə bağlıdır. Çünki idman geyimləri hələ də dəbdə öz yerini tam almayıb. Bunun üçün daha bir neçə il tələb olunur”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib