Bank Of Baku

Sima Qasımova bu həftə “Popstar alaturka” yarışmasında Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edəcək

Sima Qasımova bu həftə “Popstar alaturka” yarışmasında Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edəcək
# 29 sentyabr 2009 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Azərbaycanı Türkiyənin “Fox TV” televiziyasında yayımlanan “Popstar alaturka” musiqi yarışmasında təmsil edən Sima Qasımova bu həftə xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edəcək. Bu barədə APA-ya açıqlama verən sənətçi bildirib ki, o bu mahnını ötən müsabiqənin qalibi Gökan Erolla birgə oxuyacaq: “Müsabiqədə Azərbaycan yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edirəm. Mən musiqi təhsilli müğənniyəm və münsiflər heyəti də mənim ifama heç vaxt heç nə demirlər. Burada iştirakçılardan heç birinin ifasını öz ifama rəqib görmürəm. Mən burda güclü ifaçıyam və bunu rəqiblərim də dəfələrlə etiraf ediblər. Artıq müsabiqəni yarıya vurmuşam və hələ də müsabiqədəyəm. Mən Azərbaycan xalqından dəstək gözləyirəm. Azərbaycandan mənə gələn mesajların sayının az olması mənə çox pis təsir edir. Sizin vasitənizlə bir daha xatırladıram ki, mənim sms nömrəm 114-dür. Hər nömrədən sadəcə 10 sms göndərmək olar və bu sms-lər ancaq canlı yayım zamanı qəbul olunur”. S. Qasımova deyib ki, bu müddət ərzində o Türkiyənin bir neçə tanınmış bəstəkarından əməkdaşlıq təklifi alıb: “Təkliflər həddindən artıq çoxdur. Hazırda o təklifləri dəyərləndirməyə çalışıram. Həm çıxışa hazırlıq, həm də təkliflərə vaxt ayırmaq bir az çətindir. Sözün əslinə qalsa, müsabiqədən sonra Türkiyədə qalıb yaradıcılığımı davam etdirmək haqqında düşünürəm. Ancaq hələ qəti qərar verməmişəm. Təkliflərdən biri üç illik müqaviləni nəzərdə tutur. Artıq bir qərara gəldikdən sonra bundan sizi də xəbərdar edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR