Bank Of Baku

Flora Kərimovanın gözündə cərrahiyyə əməliyyatı aparılacaq

Flora Kərimovanın gözündə cərrahiyyə əməliyyatı aparılacaq
# 29 sentyabr 2009 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Flora Kərimova yaxın günlərdə eynəyini çıxaracaq. Bununla bağlı APA-ya açıqlama verən xalq artisti bildirib ki, 15 gündən sonra gözlərində cərrahiyyə əməliyyatı aparılacaq və məhz uğurlu əməliyyatdan sonra o nəhayət ki, eynəyini çıxaracaq: “Artıq gözlərimdə müalicə-əməliyyatlara başlanılıb. Müalicə-əməliyyatın sonunda isə artıq cərrahiyyə əməliyyatı olacaq. Əməliyyatın uğurlu keçəcəyinə ümid edirəm, çünki bu işi çox hörmət etdiyim, bu zamana kimi işində qüsur olmayan həkim həyata keçirəcək. Artıq uzun müddətdir ki, mütəmadi olaraq o həkimin yanına müalicəyə gedirəm və müalicəmiz istədiyimiz kimi gedir”. F. Kərimova qeyd edib ki, eynəklə vidalaşandan sonra isə yaradıcılığında da bir sıra yeniliklərə imza atacaq: “Çox hörmətli tamaşaçıları yeni, eynəksiz görkəmdə kliplərimlə də sevindirəcəyəm”. Qeyd edək ki, xalq artisti Flora Kərimova iki il bundan əvvəl gözlərində aparılan uğursuz cərrahiyyə əməliyyatı nəticəsində eynəksiz gəzə bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR