Hansı əcnəbi müğənnilərə Azərbaycanda konsert vermək qadağan olunub? - SİYAHI
Araşdırmanın nəticəsi onu da göstərir ki, Azərbaycanda çıxışı qadağan olunmuş müğənnilər arasında rus müğənnilər çoxluq təşkil edir. Həmin müğənnilər arasında Katya Lel, Soso Pavliaşvili, Nadejda Babkina, Aleksandr Peskov, Valentina Leqkostupova, Stas Kostyuşkin, Denis Kiyaver, İrina Otieva , “Çay vdoyom” qrupunun adları var. Məhz adlarını sadaladığımız rus sənətçiləri 2003-cü ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının 13 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etdiklərinə görə, onların Azərbaycanda konsert verməsinə dövlət səviyyəsində qadağa qoyulub. Rusiya sənətçilərinin bu addımından sonra isə o vaxtkı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xüsusi bəyanatla çıxış edib. Həmin bəyanatda rəsmi Bakının razılığı olmadan rusiyalı artistlərin çıxışı Azərbaycan xalqına hörmətsizlik kimi dəyərləndirilib və adı çəkilən tədbirlərə dəfələrlə Bakıda konsert verən Rusiya ulduzlarının qatılması təəssüflə qeyd olunub.
Adları sadalanan rusiyalı sənətçilərdən başqa tanınmış müğənni Filipp Kirkorovun da üzünə Azərbaycanın qapıları bağlıdır. Filipp Kirkorov Azərbaycana gəlmək və Bakı səhnəsində çıxış etmək arzusunda olsa da, bu arzusunu hələ də həyata keçirə bilməyib. Azərbaycan tərəfi sözügedən müğənninin Bakıda konsertinin keçirilməməsini onun anasının erməni əsilli olması ilə əlaqələndirilir. Filipp Kirkorov məsələ ilə bağlı APA-nın sualını cavablandırarkən isə onun Azərbaycana gəlməsinə mane olan şəxs kimi keçmiş mədəniyyət naziri, hazırda Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüloğlunun adını çəkib: “Bu sualı mənə yox, məhz Polad Bülbüloğluna ünvanlamalısınız. Çünki bu illər ərzində mən Azərbaycana gəlmək üçün çox çalışsam da, müxtəlif vasitələrə əl atsam da, bu mümkün olmayıb. Çünki mənim yolumu Polad Bülbüloğlu kəsib, Azərbaycana gəlməyimin qarşısını alıb. Azərbaycana gəlmək və konsert verməyi çox istəyirəm, ancaq bu mənim əlimdə deyil”.
Araşdırma zamanı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda konsert verməsi qadağan olunmuş müğənnilər arasında əslən Cənubi Azərbaycandan olan Dayruş və Ququşun da adı var. Hər iki sənətçinin Bakı səhnəsində çıxış etməsinə məlum olmayan siyasi məsələlər mane olur.
Araşdırma zamanı rəsmi mənbələrdən daha dəqiq siyahını əldə etməyə çalışsaq da, sözügedən siyahının qapalı olduğu və ictimaiyyətə açıqlanmadığını bildiriblər. Məsələ burasındadır ki, mötəbər mənbələr həmin siyahının olduğunu təkzib da etməyiblər.
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciətimiz də nəticəsiz qalıb. Sözügedən nazirlikdən bununla bağlı xüsusi bir siyahının mövcud olmadığı deyilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya açıqlamasında Azərbaycanda konsert verməsi qadağan olunan sənətçilərin olduğunu da etiraf edib. Z. Əliyeva qeyd edib ki, bununla bağlı xüsusi bir siyahı olmasa da, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmət etməyən sənətçilərin ölkəmizdə konsert verməsinə icazə verilmir: “Elə sənətçilər var ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda konsert veriblər. Onlar nəinki Azərbaycanda konsert verməyə, heç bu torpağa ayaq basmağa belə layiq deyillər. Onlar bizim kədərimizi bayram kimi qeyd ediblər. Həmin torpaqlarda konsert verən, Azərbaycan dövlətçiliyinə, qanunvericiliyinə hörmət etməyənlərin Vətənimizə gəlməyə mənəvi hüquqları yoxdur. Bundan sonra da hər hansısa çox hörmət etdiyimiz və tanınmış müğənni eyni addımı təkrarlayarsa, eyni qadağa onlara qarşı da tətbiq olunacaq. Fikrimcə, hər bir müğənni bir addımı atmazdan öncə hərəkətinin necə qiymətləndirəcəyini və hansı cəza ilə rastlaşacağını bilməlidir”.
Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı təşkilatçı şirkətlərinin rəhbərlərinin bu məsələ ilə bağlı fikirləri fərqli deyil. “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya açıqlamasında bir təşkilatçı olaraq “Eurovision-2009” yarışmasında Türkiyəni təmsil edən, Azərbaycandan 12 xal qazanan, üç ay sonra isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı olduğunu qeyd edən və bu ölkələrin qardaş ölkə olduğunu vurğulayan Hadisə Açıqgözün konsertinin təşkilindən imtina edib və bundan sonra o sənətçinin konsertinin təşkilinə bir təşkilatçı olaraq qadağa qoyub. N. Emiloğlu bundan sonra da bu cür hərəkət edəcək hər hansısa bir sənətçinin Bakı səhnəsində çıxışından imtina edəcəyini bildirib.
“Art Community” şirkətinin rəhbəri Elman Sidqiyayev və “Tonica Production”un əməkdaşı Zəhra Bədəlbəyli konkret olaraq hər hansısa bir sənətçiyə olaraq qadağa qoymadıqlarını bildiriblər. Hər iki şirkət nümayəndəsi Azərbaycan dövlətinin qanunlarına hörmət etdiklərini və onların qoyduğu qadağalarla tam razı olduqlarını dilə gətiriblər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib