Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Dəniz Səki azadlığa buraxılıb

Türkiyənin tanınmış müğənnisi Dəniz Səki azadlığa buraxılıb
# 02 oktyabr 2009 08:06 (UTC +04:00)
Bakı – APA. Türkiyənin tanınmış müğənnisi, narkotik maddələrdən istifadə etməkdə və yaymaqda ittiham olunaraq 218 gündür həbsdə saxlanılan Dəniz Səki azadlığa buraxılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 1-də məhkəməsi başlayan sənətçi haqqında həbs qətimkan tədbiri dəyişdirilib. Məhkəməyə 3 səhifəlik yazılı müdafiə təqdim edən D. Səki kokaini nəzərdə tutaraq “adını da xatırlamaq istəmədiyim bu maddədən istifadə etdiyim üçün peşmanam”, deyib: “Bu maddənin satışında vasitəçilik etməmişəm. İnanın, yalan söyləmirəm. Özümə qəzəbləndiyim üçün qısa müddət bu maddədən istifadə etdim. Çox peşmanam, azadlığa buraxılmağımı istəyirəm. Bir xəta etdim və cəzasını ən ağır şəkildə ödədim. Əvvəlcə ailəmdən, sonra hər kəsdən üzr istəyirəm”.

D. Səki məhkəmə müddətində azadlıqda olacağına dair hakimin qərarını sevinc qışqırıqları ilə qarşılayıb. O, jurnalistlərə açıqlamasında azadlıqdan qiymətli bir şey olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR