Azərbaycan şou-biznes nümayəndələrinin əksəriyyətinin ailəsi dağılıb - ARAŞDIRMA
Etiraf etməliyik ki, bu insanların ailə həyatı əksəriyyət üçün onların yaradıcılıqlarından daha maraqlıdır. Odur ki, biz də bu marağı nəzərə aldıq.
İlk olaraq özünü Azərbaycan səhnəsinin primadonnası adlandırılan xalq artisti İlhamə Quliyevadan başlayaq. İ. Quliyeva ötən əsrin 90-cı illərinin əvvəllərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ. Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
Xalq artisti Flora Kərimova isə rəsmi olaraq üç dəfə ailə qurub. Qəribədir ki, müğənninin hər üç evliliyinin nəticəsi eyni olub. F. Kərimovanın hər üç həyat yoldaşı dünyasını dəyişib. Flora xanımın üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.
Xalq artisti Aygün Kazımova 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Lakin A. Kazımova sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşayıb. Məhz R. Quliyevin qadağalarına görə, həmin müddətdə A. Kazımova sənətdən ayrı düşüb. Sonradan R. Quliyevdən də ayrılan xalq artisti nəhayət, beş il əvvəl – 2004-cü ildə rəsmi evliliyə də son qoyub. A. Kazımovanın ilk evliliyindən İlqarə adında bir qızı var. Hazırda isə xalq artisti meyxana ustası Namiq Qaraçuxurlu ilə birlikdədir.
A. Kazımovanın qeyri-rəsmi birlikdə olduğu və eyni evdə yaşadığı Namiq Qaraçuxurlu da bir dəfə rəsmi ailəli olub. Artıq rəsmi şəkildə boşanan meyxana ustasının həmin evlilikdən Ülvi və Ümid adlı iki oğlu var. Lakin o, oğlanlarına baxmaqdan imtina edir.
Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti, eyni zamanda müğənnilik edən Məleykə Əsədovanın iş adamı ilə ailə həyatı qurması böyük səs-küy yaratmışdı. Qeyd edək ki, xalq artistinin həyat qurduğu şəxs ondan əvvəl ailəli olub və övladları var. M. Əsədova da ailə qurarkən bundan xəbərdar olub. Çox qısa müddət davam edən bu evlilikdən M. Əsədovanın bir qızı dünyaya gəlib. Aktrisa ailə həyatının sona çatmasını uzun müddət gizlətsə də, sonradan bunu təsdiqləyib.
Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk evliliyi ötən əsrin 90-cı illərinə təsadüf edir. Xanım sənətçi Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan ilk ailə həyatına rəsmi şəkildə son qoyan Z. Xanbabayeva uzun müddətdən sonra ikinci evliliyə imza atıb. O, “Simurq” futbol klubunun prezidenti Zaur Məmmədovla evlənib. Hazırda da davam edən bu evlilikdən xalq artistinin bir qızı var.
Nura Suri isə rəsmi olaraq üç dəfə ailəli olub. İkinci evlilikdən iki oğlu, üçüncüdən isə bir oğlu dünyaya gəlib. Nura üçüncü evliliyini davam etdirir.
Almaz Ələsgərli bir dəfə rəsmi ailəli olub. Həmin evlilikdən müğənninin iki qızı var. Sənətçi ikinci dəfə rəsmi ailə qurmasa da, iki ilə yaxın sevdiyi insanla bir evli kimi yaşayıb. Bu müddətdə sənətçi həmin şəxsin istəyi ilə sənətdən də uzaqlaşıb. Lakin bir il əvvəl bu birliyə son qoyulub və əməkdar artist yenidən səhnəyə qayıdıb.
Xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən M. Tağıyevin iki qızı var. M. Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.
Qədir Məmmədov da (Qızılsəs) iki dəfə ailə qurub. Hazırda ikinci evliliyi davam edən sənətçinin birinci evlilikdən üç qızı, ikinci evlilikdən bir oğlu, bir qızı var.
Xalq artisti Nazpəri Dostəliyeva bir dəfə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var.
Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir.
Əməkdar artist Tünzalə Ağayeva da bir dəfə rəsmi ailəli olub. Müğənninin boşanması isə böyük qalmaqalla yaddaşlarda qalıb. Sənətçinin həyat yoldaşı Rəhman T. Ağayevanın evli ola-ola başqası ilə birgə yaşadığını hətta televiziya ekranlarından söyləyib. Həmin evlilikdən T. Ağayevanın bir qızı var.
Əməkdar artist Elza Seyidcahanın da adı boşanmış müğənnilər sırasındadır. Bir dəfə rəsmi ailə qurmuş bəstəkar-müğənninin həmin evlilikdən bir oğlu, bir qızı var.
Əməkdar artist Azərin bir dəfə ailəli olub. O, Türkiyə vətəndaşı ilə ailə qurub, yaşamaq üçün Azərbaycanı seçdiyindən həyat yoldaşından boşanmalı olub.
Xumar Qədimova da bir dəfə ailəli olub və bir oğlu var. X. Qədimova bu evliliyə öz istəyi ilə son qoyub. Bu yaxınlarda isə X. Qədimovanın keçmiş həyat yoldaşı, oğlunun atası dünyasını dəyişib.
Xalq artistləri Firəngiz Mütəllimova da bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran F. Mütəllimova bu evliliyə öz istəyi son qoyub.
Xalq artisti Faiq Ağayevin həyat yoldaşı Nigar Topçubaşova ilə boşanması isə nə az, nə çox, düz iki il sonra ortaya çıxıb. Hər vəchlə boşandıqlarını gizlədən cütlüyün ayrılması uzun müddət mətbuatın müzakirə mövzusunda çevrilib. Bu qalmaqallı boşanma zamanı tərəflər bir-birinin ünvanına ağlasığmaz ittihamlar səsləndirməkdən belə çəkinməyib.
Müğənnilərdən Kərim, Nazənin, Nüşabə Ələsgərli, Abbas Bağırov və İzzət Bağırov da boşanmışlar sırasındadırlar.
Boşanmışların siyahısına son olaraq xalq artisti Niyaməddin Musayevi daxil edək. Müğənni il yarım əvvəl uzun illərdir, birgə yaşadığı həyat yoldaşı ilə boşanmağa qərar verib.
Əlbəttə ki, bu, boşanmış şou-biznes nümayəndələrinin tam siyahısı deyil. Lakin bu məsələdə diqqət çəkən bir məqam var ki, əksər yerli şou-biznes nümayəndələri, xüsusən də xanım sənətçilər məhz boşanandan sonra səhnəyə üz tuturlar. Bəzi hallarda isə şou-biznesə qoşulan xanımlar qısa müddətdə ailə həyatlarına son qoymaq qərarı verirlər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib