Fəxriyyə Xələfova: “Yeni ətir kolleksiyama qardaşım qızının adını vermişəm” – MÜSAHİBƏ - FOTO
- Ətriyyat istehsal etmək haqqında uzun müddət düşünmüşəm. Peşəkar insanlarla söhbətlərdə mütəmadi olaraq bu mövzuya toxunurdum, onlardan rəylər alırdım. Hətta hələ ilk tanışlığımızda məşhur Pyer Kardendən bir neçə məsləhət almışdım. Baxdım ki, artıq özünü təsdiqləmiş bütün moda brendlərinin ətriyyat istiqaməti var. Düşündüm ki, mən də bu ideyamı reallaşdırım. Ancaq bu çox mürəkkəb prosesdir, eyni zamanda moda aləmindəki kimi həm uğurlu, həm də vəsait sərf edib uğursuz nəticə əldə etmək mümkündür. Bu tamamilə hissiyyatla, emosiyalarla, zövqlə bağlı bir şeydir. İlk öncə ətriyyatın keyfiyyətli istehsalatı önəmlidir, ikinci isə hər ətriyyatçının öz təbii formulu olmalıdır. Hər bir ətriyyatçı öz ətriyyatı ilə öz zövqünü ortaya qoyur. Ətriyyatı hazırladığım zaman Mərakeşə getmişdim, məşhur ətriyyat mərkəzi olan Qrassiyada bu formulun sona çatdırılmasına imkan yarandı. Bundan sonra düşündüm ki, madam ki, bu işin nöqtəsini qoya bildimsə, istehsalına da keçə bilərəm. Demək olar ki, bir müddət ətirin dizaynı ilə məşğul oldum. Ətrin özü artıq hazırdır və mən buna sevinirəm. Düşündüm ki, satışa çıxarılmazdan əvvəl ətriyyatımı kütləvi bir tədbirdə geniş ictimaiyyətə təqdim edim. Ümumiyyətlə, mən bu cür tədbirlərin daha çox insanların cəlb olunduğu məkanda keçirilməsinə üstünlük verirəm. Oktyabrın 8-də Heydər Əliyev Sarayında “Tonica Production”un təşkilatçılığı ilə keçiriləcək Kelly Rouland və Timatinin konsertində “Nuray” ətriyyatımın təqdimatı olacaq. Bu həmin gənclərlə mənim artıq üçüncü iş birliyimdir. Konsertə gələn bütün tamaşaçıların hər biri, iki minə yaxın insan ətirlərimlə tanış ola biləcək. Həm konsertə tamaşa edəcək, həm də iki saat boyunda tamaşaçılara paylanacaq ətriyyatın testerləri ilə tanış olacaqlar.
- Ətriyyatın son hazırlıq prosesi və qablaşdırılması hansı ölkədə aparılıb?
- Çap və qutu məsələsi ilə Türkiyədə məşğul olmuşuq. Bu ölkəni seçməyimizdə məqsəd məsafənin yaxın olmasıdır. Digər bir tərəfdən isə düşündüm ki, Türkiyədə çap zamanı dizaynı bir neçə dəfə dəyişsəm belə, mənə etiraz etməyəcəklər. Ancaq Avropada bu mümkün deyil. Bir dizayn təsdiqlənir və onu dəyişmək qeyri-mümkündür. Mən öz ətriyyatımın dizaynını üç dəfə dəyişmişəm və üç dəfə çap olunub. Ətriyyatın formulu isə dediyim kimi Qrassiyada hazırlanıb. Artıq ətriyyat hazır olduqdan sonra ətriyyatçılıq üzrə rəsmi olaraq diplom alırsan. Bu diplomu əldə etmişəm və çox sevinirəm. Ətriyyatın hazırlanması prosesindən film də hazırlanıb. Ancaq həmin filmi ilk dəfə mediaya təqdim edəcəyəm. Həm də ki, artıq ətriyyatın reklam çarxları hazırlanır. Çarxları çəkməyi isə Aqil M. Quliyevə həvalə etmişdim. İlk təqdimatda tamaşaçıların hər biri ətriyyatdan razılıq etsələr, bu ətirlər onların zövqünü oxşasa, mən də bir imtahan vermiş olacağam.
- İlk geniş təqdimata xüsusi dəvət etdiyiniz qonaqlar varmı?
- Bu konsert olduğuna görə hər kəs öz arzusu ilə gəlir. Bir neçə tanışım var ki, onları ilk təqdimata dəvət etmişəm. Bu layihənin gerçəkləşməsində mənə kömək edən insanları, eyni zamanda təqdimatda öz arzusu ilə iştirak etmək istəyənlər də dəvətli qonaqlar sırasındadır. Mən bir gündə “Nuray” kolleksiyasından üç ətriyyatı təqdim edəcəyəm. Qablaşdırmaları eynidir, ancaq iyləri, flakonları və rəngləri fərqlidir. Artıq bu yeni bir tendensiyadır. Üç ətir bir kolleksiya altında təqdim olunur. Mənə bildirdilər ki, bir ətirlə çıxış etməklə rəqabətə dözmək çətin olacaq. Üç ətrin hərəsi müxtəlif zövqə uyğundur, müxtəlif yaş kateqoriyasına aiddir. İstədim ki, hər kəs o konsertə gəlib öz ətrini tapsın.
- Əldə etdiyiniz nəticədən özünüz razısınızmı?
- Mən nəticədən razıyam. Ona görə ki, qoyduğum məqsədə çata bildim. Bu həm məqsəd, həm də arzu idi. Ətirlərə bu vaxta qədər baxmaq imkanı əldə edənlər çox bəyəniblər. Fikrimcə ürəklə və sevgi ilə hazırlanan ətir bəyənilməlidir. Bunun başqa yolu yoxdur. Nuray mənim qardaşımın qızıdır. Onun yaşı çox balaca da olsa da, hər zaman mənə ilham verirdi. Həmişə ona baxanda öz cizgilərimi, əhval-ruhiyyəmi görürəm. Elə bil özümə kənardan baxıram. Nuray məni çox ruhlandırdı, çox ilham verdi və onun eşqinə bu ətriyyatı yaratmışam. Mən burada bir kimyagər rolu oynadım. Məndən soruşdular ki, niyə ətir kolleksiyanın adını Fəxriyyə Xələfova qoymadın? Bildirdim ki, Fəxriyyə Xələfova bir marka kimi bu ətri istehsal edib. Ona görə də başqa bir ilham mənbəyi olmalıydı. O da Nuray idi. Ona söz vermişdim ki, ətrim olsa, ona Nuray adını verəcəyəm və elə də etdim.
- “Nuray” ətirlərinin qiyməti necə olacaq? Azərbaycandan başqa ətirlərin hansı ölkələrdə satışını nəzərdə tutursunuz?
- Sizə açığı deyim ki, Azərbaycanda bunun satışını təşkil etmək üçün xeyli iş görmək lazımdır. Noyabrın sonlarında ətriyyatı satışdan əldə etmək mümkün olacaq. Bu ətirlər bütün ətriyyat şəbəkələrinə veriləcək, artıq onlar da istəklərini bildiriblər. Hələ tam dəqiqləşdirilməsə də, “Nuray” ətir kolleksiyası hər kəsin əldə edə biləcəyi qiymətə satışa çıxarılacaq. Bu prosesin ilk mərhələsi istehsal tərəfi idi, onu başa çatdırdım. İkinci mərhələ isə reklamı təşkil etməkdir, bu da çətin məsələdir. Düşünürəm ki, hələlik biz ətriyyatın satışını burada təşkil edək. Beynəlxalq aləmdə satışa gəldikdə isə, bu artıq mənim ikinci məqsədimdir. Bunun üçün ilk növbədə brend beynəlxalq səviyyəli olmalıdır. Yəni brend beynəlxalq aləmdə təsdiqlənməlidir ki, sonra da buraxdığın ətir beynəlxalq statusu daşısın. Düşünürəm ki, mən buna nə zamansa nail olacağam. Bu iki-üç ilin söhbəti deyil, ancaq beş ilə bir nəticə əldə edə bilərəm.
- Sirr deyilsə, bir ətriyyatın hazırlanmasına nə qədər vəsait sərf olunur?
- Qeyd etdiyim kimi ətriyyatın hazırlanması müxtəlif mərhələlərdən ibarətdir. Bu çox da böyük rəqəm deyil, normal rəqəmdir. Sizə deyim ki, bir ətriyyatın hazırlanması bir bahalı maşın almaqdan daha ucuz başa gəlir. Ancaq bu sualınıza cavabı mətbuat konfransında dəqiq açıqlayacağım. Dəqiq rəqəmi əldə etmək üçün hesab aparmalıyam.
- Ətirlərinizin saxta formalarının çıxarılmaması üçün hansı addımları atmağı düşünürsünüz?
- Həm Fəxriyyə Xələfova brendi, həm də “Nuray” ətir kolleksiyası rəsmi şəkildə mənim adımla bağlıdır. Bu rəsmi şəkildə təsdiqlənib. Bunların hər biri üçün ayrı-ayrılıqda müəlliflik hüququ alınıb. Fikrimcə, heç kim mənə qarşı bu hərəkəti etməz. Hamı mənim bu işimə sayğı və hörmətlə yanaşar.
- Belə anladıq ki, ətriyyat sahəsindəki işiniz ənənə xarakterlidir. Bu ənənə yeni ətirlərlə davam etdiriləcəkmi?
- Bu layihə tam bitəndən sonra, növbəti ətir kişilər üçün olacaq. Sonra isə qadınlar üçün çox az həcmdə, daha bahalı və eksklüziv ətirlər hazırlanacaq. Kişi ətirləri üçün istehsala noyabrın sonlarında başlamaq istəyirəm. İnanıram ki, ətriyyatçılığa marağım modelyerlik sənətimə təsir etməyəcək. Modelyerlik sahəsində bir sıra addımlar atmaq istəyirəm ki, orda da geniş istehsala keçid olsun. İnanıram ki, Fəxriyyə Xələfova brendinin 50-60 yaşı qeyd ediləndə istehsal sahələrim tamamlanmış olacaq. Bu brendin hələ 10 yaşı var.
- Yəqin bundan sonra modelyer olaraq təmsil olunacağınız beynəlxalq tədbirlərdə ətriyyatınızın da təqdimatını keçirəcəksiniz?
- Bunlar tamam ayrı-ayrı sahələrdir və təbliğatı da müxtəlif istiqamətlərdə aparılır. Ətriyyat sərgiləri olur ki, orada iştirak etməyi düşünürük. Hələlik bununla bağlı heç bir dəvət almamışam. Çünki ərtiyyatlarımla bağlı məlumat hələ yenidir. Kann və Florensiya şəhərlərində keçiriləcək ətriyyat sərgilərində iştirak edib məhsullarımı tanıtmaq istəyirəm.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib