Amerikalı müğənni Kelli Rouland: “Mən Bakını çoxdan tanıyıram” - FOTOSESSİYA
Keçmiş “Destiny Child” qrupu ilə bağlı sualları cavablandıran müğənni onunla birgə qrupda çalışan Beyons və Mişellə əlaqələrinin hələ də davam etdiyini açıqlayıb: “Hər ikisi ilə əlaqəm var, bir-birimizi görəndə söhbət edirik, yəni əlaqəmiz tamamilə kəsilməyib. Bizim hər birimizin yollarımız ayrıdır. Sənətlərimizi, çıxışlarımızı, musiqiçilik qabiliyyətimizi eyniləşdirmək olmaz. Biz hər birimiz fərqliliyimizlə seçilirik. Solo karyeraya başladıqdan sonra hansımızın daha populyar olduğunu deyə bilmərəm. Hər birimiz özümüzə görə populyarıq. Hazırda solo karyeramı davam etdirirəm və özümü çox rahat hiss edirəm. Artıq solo albomumun hazırlıqlarına da başlamışam”.
Sənətçi Azərbaycan haqqında müəyyən məlumatlara malik olduğunu deyib: “Bilirəm ki, Azərbaycan neft ölkəsidir. Eyni zamanda bu ölkədə kürü çoxdur. Dostlarıma da buradan əliboş qayıtmamağa söz vermişəm. Onlara hədiyyə olaraq kürü aparmaq istəyirəm. Bakı mənə çox doğmadır. Çünki ən yaxın dostumun adı Bakıdır. Bura çatandan bəri onlar zəng vururlar və bu yerlə maraqlanırlar. Hər beş dəqiqədən bir soruşurlar ki, necə şəhərdir, orada maraqlı nələrə var? Ona görə də mən Bakını çoxdan tanıyıram. Dostumun adı Bakı olduğuna görə, onlar daima bu şəhərlə yaxından maraqlanırlar. Mən də onlar vasitəsi ilə yetəri qədər məlumat toplamışam. Qaldı ki, Azərbaycan musiqi ilə bağlı hansısa məlumatım olub-olmadığına, mən hər zaman bu ölkənin mədəniyyəti, incəsənəti, musiqisi ilə məhz o ölkədə olarkən canlı surətdə xəbər toplayıram. Azərbaycan musiqisi ilə də bağlı burada olduğum müddətdə məlumat toplamağa çalışacağam”.
Kelli Rouland bugünkü konsertdə onunla birgə çıxış edəcək rusiyalı müğənni Timati ilə duet oxumayacağını qeyd edib. Konsertdə Timati öz repertuarını, Kelli isə öz mahnılarını bakılı tamaşaçılar qarşısında çıxış edəcək: “Kişilər mənə həm qadın, həm müğənni kimi baxa bilər və elə bu cür də qiymət verə bilərlər. Ancaq mənim ən çox istədiyim məni bir qadın kimi yox, bir musiqiçi kimi bəyənmələri və bu cür də baxmalarıdır”. Bir müddət əvvəl Dubayda səfərdə olan Kelli Rouland iki islam ölkəsi arasındakı fərqi də açıqlayıb: “Dubay çox gözəl bir məkandır. Orada da çox böyük tikinti işləri gedir. Ancaq Bakı daha çox tarixiliyini qoruyub saxlayıb. Bakı mənə klassikanı xatırladır, klassik bir şəhəriniz var”. Sonda isə Kelli Rouland bakılı tamaşaçılara möhtəşəm proqram vəd edib və media mənsubları qarşısında repertuarından mahnı ifa edib.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib