Fəxriyyə Xələfovanın “Nuray” ətriyyat kolleksiyasının təqdimatı möhtəşəm şou ilə baş tutub - FOTOSESSİYA
Öncə ictimaiyyətin ixtiyarına verilən kolleksiya üçün sarayın foyesində xüsusi yerlər ayrılıb. Konsertə təşrif buyuran tamaşaçıların hər birinə bu ətirlərdən vurulub və onlara testerlər verilib. “Nuray” kolleksiyası F. Xələfovanın ətriyyatçı kimi ilk işidir. Kolleksiyada üç müxtəlif qoxulu ətir toplanıb. Ətirlər mavi, çəhrayı və yaşıl rəngləri ilə fərqlənir. Noyabrın sonlarından yeni ətriyyat kolleksiyasının satışa çıxarılması nəzərdə tutulub.
Müğənnilərin çıxışlarından əvvəl hər ətrin rənginə uyğun geyinmiş modellər tərəfindən “Nuray” ətriyyatı səhnəyə gətirilib. Daha sonra səhnəyə rusiyalı reper-müğənni Timati çıxıb. Bir saaata yaxın səhnədə qalan Timati repertuarındakı ən populyar mahnıları ifa edib. Azərbaycan xanımlarının çox gözəl olduğunu vurğulayan Timati onların şərəfinə mahnı da oxuyub: “Yenidən Azərbaycana gəlməkdən çox məmnunam. Buranı çox sevirəm və bu səhnədə çıxış etdiyimə görə xoşbəxtəm. Bu ölkənin kişiləri də çox xoşbəxtdirlər, çünki burada çox gözəl xanımlar var”.
Bakı haqqında mahnı oxuyan müğənni son olaraq pərəsətişkarları qarşısında soyunub. Şalvarını çıxarmağa cürət etməsə də, rusiyalı reper köynəyini əynindən çıxarıb. Bu hərəkətindən sonra çıxışına son qoyan Timatini ABŞ-ın tanınmış müğənnisi Kelli Rouland əvəz edib. Kellinin səhnəyə çıxışı ilə zal coşub. Timati bir tamaşaçını belə öz ifası ilə ayağa qaldıra bilməsə də, Kelli bütün zalı ayağa qaldırıb və hər tamaşaçı sənətçini ayaq üstdə alqışlayıb. Timati də şounu izləmək üçün zala gəlib. Tamaşaçıların Kelli üçün ayağa qalxması rusiyalı sənətçidə qısqanclıq yaradıb və o, zaldan çıxıb.
Kelli Rouland həm möhtəşəm rəqs şousu, həm də ifa nümayiş etdirib. Tamaşaçıya böyük dəyər verdiyini hər hərəkəti ilə bəlli edən professional sənətçi bunu sözlərlə də ifadə edib: “İlk dəfədir Azərbaycan səhnəsində çıxış edirəm və bu ölkəyə ilk gəlişimdir. Ancaq qısa müddətdə bu ölkəni də, bu insanları da çox sevdim”.
K. Rouland çıxışı müddətində üç ayrı geyimdə səhnəyə çıxıb. Onun səhnəyə ayaqyalın çıxması da tamaşaçıların nəzərindən qaçmayıb. Amerikalı sənətçini səhnədə özü ilə gətirdiyi DJ və rəqqaslar müşayiət ediblər. Onlar səhnədə pop musiqisinin mərhum kralı Maykl Ceksonu da anmağı unutmayıblar və onun mahnılarının sədaları altında xüsusi şou nümayiş etdiriblər. Kellinin möhtəşəm şousundan doymayan tamaşaçılar müğənninin səhnəni tərk etməsi ilə razılaşmayıblar və onu ayaqüstü alqışlarla geri qaytarıblar. Səhnəyə dönən Kelli tamaşaçıların istəyi ilə bir mahnı da oxuyub.
Qeyd edək ki, Kelli Rouland və Timatinin konserti “Tonica Production”un təşkilatçılığı ilə baş tutub.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib