Bank Of Baku

Hadisə Bakı konsertinə görə azərbaycanlı təşkilatçıya olan borcunu qaytarmır

Hadisə Bakı konsertinə görə azərbaycanlı təşkilatçıya olan borcunu qaytarmır
# 12 oktyabr 2009 11:17 (UTC +04:00)
Bununla bağlı APA-ya açıqlama verən Nahid Emiloğlu bildirib ki, bu borc Hadisənin Bakıda nəzərdə tutulmuş konsertinə görə ödənmiş puldur. N. Emiloğlu həmin vaxtdan ciddi-cəhdlə borcunu almaq istəsə də, bütün səylərinin boşa çıxdığını vurğulayıb: “Bu borc Hadisənin həmin səfəri zamanı nəzərdə tutulan ikinci konsertinə görə ödənmişdi. Belə ki, biz Yaşıl Teatrdakı konsertin səhəri günü Hadisənin Bakıda daha bir konsertini nəzərdə tuturduq. Bu konsertinin də qonorarı öncədən Hadisənin menecerlərinə verilmişdi. Ancaq həmin konsert baş tutmadı, çünki Hadisə o konsertə çıxmaqdan imtina etdi. Səbəb isə tamaşaçının az olması idi. Həqiqətən də restoranda keçirmək istəyimiz konsertə az bilet satılmışdı. O gündən bu günə mən Hadisənin menecerlərindən o pulu almaq istəyirəm, ancaq hələ də qaytarmaq fikrində deyillər. Fikrimcə, bu işə Hadisənin özü qarışmalıdır. Yalnız bundan sonra borc qaytarıla bilər. Güman edirəm ki, bu borcun hələ də qaytarılmamasından Hadisənin xəbəri yoxdur. Xəbəri olsaydı, məsələnin belə şəkil almasına imkan verməzdi”.

N Emiloğlu onu da vurğulayıb ki, məsələni mətbuata çıxarmaq istəməsə də, borcunu ala bilməməsi onu buna vadar edib.

Təşkilatçı Hadisəyə ödənmiş məbləği kommersiya sirri olduğu üçün açıqlamaq istəməyib. Bununla belə, ödənmiş məbləğin kifayət qədər yüksək olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR