Bank Of Baku

Aygün Səmədzadə Nadir Qafarzadənin repertuarına müraciət edən “Azəri-star-2009” müsabiqəsinin iştirakçısını danlayıb - FOTOSESSİYA

Aygün Səmədzadə Nadir Qafarzadənin repertuarına müraciət edən “Azəri-star-2009” müsabiqəsinin iştirakçısını danlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 14 oktyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Ötən gün “Azəri star-2009” mahnı yarışmasının növbəti mərhələsi keçirilib. APA-nın məlumatına görə, bu həftə sms nömrəsi 6580 olan Vüsal Şahbazov müsabiqəni tərk edib. Münsiflər heyətinin üzvü, bəstəkar Aygün Səmədzadə Vüsal Şahbazovun müsabiqənin tərk etməsinin səbəbini onun bu həftə Nadir Qafarzadənin repertuarına müraciət etməsində görüb: “Vüsal hər həftə çox gözəl mahnılar seçib oxuyurdu. Ancaq bu həftə o çox səhv atdım atdı və düzgün seçim etmədi. Ona görə də, müsabiqədə qalan iştirakçılara məsləhət görürəm ki, mahnı seçimdə çox diqqətli olsunlar”. Bu həftə müsabiqə iştirakçılarına öz ifaları ilə etsrada müğənniləri Ədalət Şükürov, Nura Suri, “Qala” qrupu dəstək olublar. Artıq müsabiqədə 12 iştirakçı qalıb və gələn həftənin bazar ertəsi bu 12 iştirakçının ifası dinləniləcək.

Qeyd edək ki, “Azəri-star-2009” müsabiqəsi “Space” televiziyası ilə “Azəri Star Production”un birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Vesti.az” xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR