Bank Of Baku

2010-cu ilin mayında Osloda keçiriləcək “Eurovision” müsabiqəsinin ilk iştirakçısı məlum olub

2010-cu ilin mayında Osloda keçiriləcək “Eurovision” müsabiqəsinin ilk iştirakçısı məlum olub
# 19 oktyabr 2009 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin mayında Osloda keçiriləcək “Eurovision” müsabiqəsinin ilk iştirakçısı məlum olub. APA-nın müsabiqənin internet saytına istinadən yaydığı məlumata görə, artıq Bolqarıstan “Eurovision-2010” müsabiqəsindəki təmsilçisini açıqlayıb. Növbəti “Eurovision” müsabiqəsində Bolqarıstanı Miro adı ilə tanınan Miroslav Kostadinov təmsil edəcək. Bolqarıstanda çox məşhur olan müğənni Miro bir çox beynəlxalq mükafatlara da layiq görülüb. Miro “Eurovision-2009” müsabiqəsində ölkəsini təmsil etmək istəsə də, son anda səsvermə nəticəsində ikinci olub və bu istəyini həyata keçirə bilməmişdi.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsi Norveçin paytaxtı Osloda keçiriləcək. Müsabiqənin yarımfinalları – 25 və 27 may, finalı isə 29 mayda Telenor Arenada baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR