Müğənni Ruhi sahibi olduğu “Fashion City” moda evini bağlayıb və moda biznesinə son qoyub – EKSKLÜZİV
Ruhi açıqlamasında yeni biznes sahəsinə üz tutduğunu vurğulayıb. Yeni işi haqqında çox ətraflı danışmaq istəmədiyini bildirən sənətçi bu işinin zinət əşyaları biznesi bağlı olacağını qeyd edib. Xanım sənətçi üz tutduğu bu biznesdə uğur qazanacağına inandığını dilə gətirib: “Moda biznesində yol verdiyim səhvlərə, yeni biznesimdə yol verməyəcəyəm. Bu biznesdə rəhbər də, əsas qüvvə də özüməm. Artıq bir ilə yaxındır ki, bu bizneslə yaxından maraqlanıram”.
Yeni biznes sahəsinə başı qarışan müğənni, yaradıcılıq sahəsində də yeniliklərinə ara vermək fikrində deyil. Belə ki, sənətçi Türkiyədə yeni klipinin çəkildiyini deyib: “Türkiyədə sözləri Ramiz Rövşənə, musiqisi Xanım İsmayılqızına məxsus olan “Mən sənsiz ölmədim, məni bağışla” mahnısına klip çəkdirmişəm. Bu klip Azərbaycanda ilk dəfə olaraq 35 millimetrlik kinolentdə çəkilib. Türkiyədə çox tanınmış bir rejissorla işləmişik və klipdə Türkiyənin tanınmış kişi modeli çəkilib. Bu kliplə yanaşı, Türkiyədə artıq yeni albomum işıq üzü görmək üzrədir. Klip və albom bir toplu halında hazırlanacaq və hər ikisi bir diskdə yerləşdiriləcək. Yaxın günlərdə yaradıcılığımın yekunun olaraq son təqdimat mərasimi keçirəcəyəm”.
Ruhi bu açıqlamasında yaxın vaxtlarda şou-biznesdən tamamilə ayrılacağını bildirib: “Artıq şou-biznes aləmindən gedirəm. Məni artıq şou-biznesdə görməyəcəksiniz. Çünki özümü artıq şou-biznesdə görə bilmirəm. Bu sahədə ürəyim istəyən ən gözəl şeyləri elədim. İlk dəfə olaraq Hindistanda klip çəkdirdim, ilk dəfə 35 millimetrlik kinolentə çəkilmiş klip mənim klipim oldu. Qısası, məni efir məkanında getdikcə daha az-az görəcəksiniz. Şou-biznesdən getməyimin səbəbi isə şou-biznesdə qazandığım hörməti, ətrafımdakı dostları itirmək istəməməyimdir. Bu sahə elə bir sahədir ki, getdikcə insan öz hörmətini itirir, insanlar cılızlaşır. Mən bütün bunları görmək istəmirəm. Toylara, şou-proqramlara getmirəm, bu sahədə qalıb nə edəcəyəm ki? Deyirdilər, Ruhi oxuya bilmir, sübut etdim ki, oxuya bilirəm. Bu sənətə yeni gələndə heç notu belə bilmirdim. Bu sahə artıq mənim gözümdə cılızlaşır, bu sahənin gözümdə daha da cılızlaşmasını istəmirəm”.
Bir müddət əvvəl səhhətində problemlər yaşayan Ruhi artıq özünü yaxşı və gümrah hiss etdiyini qeyd edib: “Səhhətimlə bağlı yaşadığım problemlər tam olaraq həll olunub. Hazırda özümü olduqca gümrah və yaxşı hiss edirəm. Səhhətimdə heç bir problem yoxdur. Həmin vaxt bir-iki müğənni məni görüb dedi ki, “ay Ruhi, deyirdilər, sən öləcəksən axı”. Mən də onlara bildirdim ki, “Mənə hökm yazan sizsiniz? Mən ölməyə hazırlaşmıram. Ömrü verən də Allahdır, alan da”. Belə şeylər bir çoxlarını daha da sevindirir. Şükür Allaha ki, sağlamam, əsəblərim də çox normallaşıb”.
Müsahibələrinin birində övladlığa uşaq götürmək istədiyini açıqlayan Ruhi, bu istəyini yaxın bir il ərzində reallaşdıracağını vurğulayıb: “Gördüyünüz kimi bu müddət ərzində ana ola bilmədim. Çox güman ki, işlərimi qaydaya salandan sonra bununla bağlı, ciddi addım atacağam. Özümü tam tənzimləyəndən sonra övladlığa uşaq götürmək istəyirəm. Oğlan və ya qız olmağının fərqi yoxdur...”
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib