Bank Of Baku

“Junior Eurovosion-2009” müsabiqəsinin aparıcıları Ani Lorak və Timur Miroşniçenko olacaq

“Junior Eurovosion-2009” müsabiqəsinin aparıcıları Ani Lorak və Timur Miroşniçenko olacaq
# 23 oktyabr 2009 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynada keçiriləcək “Junior Eurovosion-2009” müsabiqəsinin aparıcılarının adları açıqlanıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, builki “Junior Eurovision” müsabiqəsinin aparıcıları 74 namizəd arasından seçilib. Bu il müsabiqənin aparıcılıq missiyası “Eurovision-2008” mahnı müsabiqəsində ikinci olan ukraynalı müğənni Ani Lorak və “Eurovision” mahnı, uşaq və rəqs müsabiqəsinin Ukrayna üzrə şərhçisi Timur Miroşniçenkoya həvalə olunub. Müsabiqə iştirakçıları olan yerdən canlı bağlanıtını isə Dmitro Borodin quracaq. Aparıcılar arasında ən gənci olan Dmitro Borodin isə üç il ardıcıl “Junior Eurovision” seçim müsabiqəsində iştirak edib. Qeyd edək ki, “Junior Eurovision-2010” müsabiqəsi bu ilin noyabrın 21-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR