Bank Of Baku

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Jazzinho” qrupunun konserti keçirilib – FOTOSESSİYA - VİDEO

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində “Jazzinho” qrupunun konserti keçirilib – <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 24 oktyabr 2009 08:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 23-də “Face club”da Portuqaliyanın “Jazzinho” qrupunun konserti keçirilib. APA-nın məlumatına görə, qrupa Guida de Palma (vokal), Miguel Casais (zərb), Daniel Lima (fortepiano), Ciro Cruz (bas) kimi tanınmış musiqiçilər daxildir. Bir saatdan artıq davam edən konsertdə tamaşaçılar qrupun ifasında caz-blyuz janrında musiqilər, maraqlı improvizələr səslənib.

Konsertdən sonra jurnalistlərə açıqlama verən qrupun vokalçısı Guida de Palma Bakıda keçirilən Beynəlxalq Caz Festivalını yüksək qiymətləndirdiklərini vurğulayıb: “Bakıda caz musiqisini çox sevirlər. Bu mənim kimi, bütün həmkarlarımı sevindirir. Burada olmağımıza və festival çərçivəsində bizim də konsertimizin həyata keçirilməsinə çox sevindik. Bakı çox qədim, ancaq eyni zamanda müasirliyi özündə birləşdirən şəhərdir. Bu şəhəri ilk gündən hər birimiz çox sevdik”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalına oktyabrın 27-də yekun vurulacaq. Festival çərçivəsində bu gün Avstriyanın caz qrupu “Zihan və Kamiyen”in konserti keçiriləcək. Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək festivalın yekun konsertində məşhur “Branford Marsalis” qrupu çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR