Bank Of Baku

Müğənni Yeganə türkiyəli nişanlısı ilə Bakıya gələcək - FOTOSESSİYA

Müğənni Yeganə türkiyəli nişanlısı ilə Bakıya gələcək - <font color=red>FOTOSESSİYA</font>
# 26 oktyabr 2009 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Müğənni Yeganə türk nişanlısı ilə bu həftə Bakıya gələcək. APA-nın məlumatına görə, Yeganənin Türkiyədən ayrıla bilməməsinin səbəbi əsasən şəxsi həyatı ilə bağlıdır. Gənc müğənni gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında artıq nişan mərasimi də keçirilib. Ötən həftə sonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə yayılan bu məlumatı təsdiqləyib. APA-nın məlumatına görə, müğənni onu da bildirib ki, bu həftə sonu o türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək və ikili ilk dəfə olaraq bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq. Müğənninin sözlərinə görə, nişanlısı ilə bərabər o Bakıya yeni albomu və yeni klipi ilə birgə gələcək: “Bu dəfə çox qısa müddətdə Bakıda oldum. Həmvətənlilərimin qarşısına boş çıxmaq istəmədim və bu səbəbdən də bütün televiziya proqramlarında çıxışımı, mediaya açıqlamalarımı növbəti səfərə saxladım. Həftə sonu yenidən Bakıya gələcəyəm. İlk dəfə olaraq türk nişanlımla sizlərin qarşısına çıxacağam. Şəxsi həyatımda edəcəyim dəyişikliyi ilk sizin bilmənizi istəyirəm. Bu zamana kimi Türkiyədə bir çox paparatsilər bizi yaxalamaq istəsələr də, bu istəkləri boşa çıxıb. Ancaq Bakı əhlinə nişanlımı öz istəyimlə göstərəcəyəm”.

Yeganə bildirib ki, Almaniyada hazırlanan albomu və albomda yer alan “Aşkolik” mahnısına çəkilən klipi də gələcək həyat yoldaşı ilə birgə Bakıda təqdim edəcək. Müğənni bunun üçün xüsusi mətbuat konfransı keçirməyi və bu tədbirdə nişanlısı ilə birgə iştirak etməyi planlaşdırır. Sənətçi bu səfərdə nişanlısını həm də Bakı ilə tanış edəcək. Eyni zamanda Yeganə yaxın müddət üçün planlaşdırdıqları toy mərasimi barədə də açıqlamalar verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR