Bank Of Baku

“Bakı küləyi” adlı rok konserti keçiriləcək - FOTO

“Bakı küləyi” adlı rok konserti keçiriləcək - <font color=red>FOTO</font>
# 26 oktyabr 2009 13:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan paytaxtında “Bakı küləyi” adlı rok konserti keçiriləcək. “Bizim Gənclik” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək konsert noyabrın 15-də Teatr Xadimləri İttifaqının səhnəsində baş tutacaq. Birliyin sədri və konsertin təşkilatçısı Babək Əliyevin APA-ya verdiyi məlumata görə, konsertdə Azərbaycanın “Ozan” və “Sıfırın altında” rok qrupları iştirak edəcək. O bildirib ki, konsertin keçirilməsində məqsəd milli rokun inkişafına dəstək verməkdir: “Bizim təşkilatçılığımızla bu ilin aprelində paytaxtda ilk dəfə olaraq rok konserti keçirildi. Bu, rok sahəsində ikinci layihəmizdir. Gələn ildən etibarən bu layihəni beynəlxalq səviyyədə keçirməyi düşünürük. Bakıda beynəlxalq rok festivalı keçirmək niyyətimiz də var. Birinci il Türkiyə, Gürcüstan, İran, Makedoniya və digər ölkələrin rok ifaçılarını və qruplarını Bakıya dəvət etməyi düşünürük. Artıq onların çoxu ilə əlaqələrimiz də var”.

B. Əliyev qeyd edib ki, “Bakı küləyi” konsertində əsasən azərbaycanlı və türkiyəli tələbələrdən ibarət qruplar çıxış edəcək. Təşkilatçısı tələbələri nəzərə alaraq konsertin biletlərinin 10 manata satılacağını açıqlayıb.

Qeyd edək ki, “Bakı küləyi” rok konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə, lent.az və vesti.az xəbər portallarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR