Bank Of Baku

Rəqqasə Oksana Rəsulova yeni klipinin təqdimatını keçirib

Rəqqasə Oksana Rəsulova yeni klipinin təqdimatını keçirib
# 27 oktyabr 2009 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün hind rəqslərinin peşəkar ifaçısı Oksana Rəsulova yeni klipinin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə rəqqasə eyni zamanda bu yaxınlarda Rusiyada keçirilən iki beynəlxalq hind rəqsləri müsabiqəsində Azərbaycanı layiqli təmsil etməsindən danışıb. Oksana Rəsulova qeyd edib ki, müsabiqələrdən birində birinci, digərində isə üçüncü yerə layiq görülüb. Azərbaycanı qalib edən Oksana Rəsulova müsabiqə təşkilatçıları tərəfindən kubok və birinci dərəcəli diplomla mükafatlandırılıb. Bu səfər zamanı azərbaycanlı rəqqasə hind rəqslərinin vətəni olan Hindistanda keçiriləcək festivala da dəvət alıb və gələn ilin fevralında həmin beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcək. Oksana Rəsulovanın çəkildiyi klipin rejissoru Rəşad Mehdiyevdir. Klipdə Oksana Rəsulovanın ifasında hind rəqsi nümayiş olunur. Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağında və “Maxaraçi” restoranında aparılıb. Təqdimat mərasimində iştirak edən Hindistanın Azərbaycandakı səfirliyin attaşesi Cey Be Sing azərbaycanlı rəqqasənin hind rəqslərini çox gözəl ifa etdiyini qeyd edib. O bildirib ki, Oksana Rəsulova bu ifası ilə ən peşəkar Hindistan rəqs ifaçıları ilə belə yarışa bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR