“Eurovision-2010”: yeni qaydalar, yeni iştirakçılar, yeni həyəcanlar...
Hazırda Avropa Yayım Birliyində (EBU) müsabiqənin qaydalarına bir sıra dəyişikliklər müzakirə olunur. Gələn ildən fonoqramın yığışdırılması planlaşdırılır. Belə ki, səhnədə yer alan musiqiçilər hər bir ifaçını canlı müşayiət etməlidir. “Eurovision-2010” müsabiqəsində rəsmən 27 ölkənin iştirak edəcəyi təsdiqlənsə də, bu il müsabiqənin daha bir debütantı ola bilər. Belə ki, Lixtenşteynin 1FL televiziyası da iştirak üçün öz namizədliyini EBU-ya təqdim edib. EBU bu ölkənin müsabiqədə iştirak edib-etməyəcəyinə bu ilin dekabrında qərar verəcək. Gələn il İtaliya, Lüksemburq və San-Marino müəyyən fasilədən sonra yenidən yarışmaya qatılacaqlar. Ötən il siyasi səbəblərdən Moskvada keçirilən müsabiqədə iştirak etməyən Gürcüstan da Norveçdə təmsil olunacaq. Bununla yanaşı, “Eurovision-2010”da yer almaq istəməyən ölkələr də var. Bu siyahıda Andorra, Ermənistan, Litva və Estoniya var. Əsasən maliyyə böhranına görə müsabiqədən imtina etmək fikrində olan bu ölkələr son qərarlarını bu ilin dekabrında açıqlayacaqlar. “Eurovision-2010” müsabiqəsində iştirak etməyəcəklərini açıqlayan ölkələr isə Macarıstan, Monako və Çexiyadır.
Gələn ildən etibarən Avropa Yayım Birliyi bütün iştirakçı ölkələr üçün yeni qayda tətbiq etmək qərarını verib. Bundan sonra müsabiqə ərəfəsində hər hansı ölkədə gizli səsvermə aparılmazsa, buna görə məsuliyyət birbaşa təşkilatçı teleşirkətin üzərinə düşəcək. Avropa Yayım Birliyi və Məşvərət Şurası qərara gəliblər ki, səsvermənin anonimliyini poza biləcək məlumatların açıqlanmasına görə iştirakçı yayım şirkəti məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi iradəsinə hörmət prinsipini təminat altına almağa yönəlib. Bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan teleşirkətə sanksiya tətbiq edə bilər.
Ötən yarışmada təkcə final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti gələn ildən etibarən yarımfinallarda da səs verə biləcək. Hər iki yarımfinal və bir final mərhələsində təyin olunacaq münsiflər heyəti 50 faiz səs hüququna malik olacaq. Artıq məlum olan digər yenilik isə bundan ibarətdir ki, tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmayacaqlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə biləcəklər.
“Eurovision -2010” müsabiqəsinə ciddi hazırlaşan Azərbaycanın aidiyyəti qurumları müsabiqə təmsilçisinin seçilməsi üçün milli seçimləri davam etdirirlər. Azərbaycanın müsabiqə üzrə təşkilat komitəsindən bildirilib ki, yarışmaya qatılmaq istəyən gənc sənətçilərin müraciətləri nəzərə alınaraq milli seçim turundan əlavə seçim turu keçirilib. Bundan öncə olan dinləmə kimi, bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb. Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşdiriləcək. Təmsilçinin adının noyabrda açıqlanması gözlənilir.
Qeyd edək ki, 2010-cu ilin mayın 25-də və 27-də Norveçin paytaxtı Osloda “Eurovision” müsabiqəsinin yarımfinalları, mayın 29-da isə finalı keçiriləcək.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib