Bank Of Baku

Rusiyanın “Lyube” qrupu 19 il fasilədən sonra Bakıda konsert verib – FOTOSESSİYA

Rusiyanın “Lyube” qrupu 19 il fasilədən sonra Bakıda konsert verib – <font color=red>FOTOSESSİYA </font>
# 02 noyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayında Rusiyanın tanınmış qrupu “Lyube” qrupunun konserti keçirilib. APA-nın məlumatına görə, vaxtında başlayan konsertdə qrup üzvləri fəaliyyətləri dövründə ən sevilən və populyar mahnıları ifa ediblər. “Özümüzünkülər” 20 il ərzində” adı altında baş tutan proqramda yeni mahnılarla yanaşı, həm də “Мой адмирал”, “Давай за”, “Там за туманами”, “Главное, что ты у меня есть”, “Звезда”, “От чего так в России берёзы шумят?”, “Помни”, “Верка”, “Ты неси меня река” kimi hitləri səsləndiriblər. Qrupun solisti Nikolay Rastorquyev Bakı tamaşaçıları salamlayıb: “Bakıda 90-cı illərin əvvəlində olmuşuq. İndi şəhəri görəndə çox təəccübləndik, çünki o illərdən bu zamana kimi şəhər çox dəyişilib. Bakı çox gözəldir. Biz əminik ki, bu bizim sizinlə sonuncu görüşümüz deyil və biz möhtəşəm səhnədə hələ çoxlu çıxış edəcəyik”.

Xatırladaq ki, qrupun solisti N. Rastorquyev bir müddət əvvəl böyrəyindən ağır cərrahiyyə əməliyyatı keçirməsinə baxmayaraq proqram boyu bunu tamaşaçılara hiss etdirməməyə çalışıb. Buna baxmayaraq iki saatlıq konsertdə Rastorquyevin səhhətində problemlər olduğu da nəzərlərdən qaçmayıb. “Ты неси меня река” mahnısını ifa edərkən solist tamaşaçılara minnətdarlığını bildirərək onlarla vidalaşıb. O tanınmış “Lyube” qrupunun üzvlərini tamaşaçılara təqdim edərək səhnəni tərk edib. Tamaşaçıların qrupun ifasında ən populyar mahnılarından biri olan “Kombat”ı istəmələri isə boşa çıxıb. Rastorquyev tamaşaçıların bu istəyinə belə cavab verib: “Dayanın uşaqlar! Müharibə çoxdan qurtarıb”. Tamaşaçılar “Lyube” qrupunu alqışlarla səhnədən yola salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR