Bank Of Baku

Azərbaycanda ilk rəsmi rekord-leyblın təqdimat mərasimi keçirilib

Azərbaycanda ilk rəsmi rekord-leyblın təqdimat mərasimi keçirilib
# 05 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Baku Music Factory” (BMF) prodüser mərkəzi Azərbaycanın ilk rəsmi rekord-leyblın təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, BMF-nin rəhbəri İsa Məlikov bildirib ki, “BMF Records” özünün “Red Book – IEC 908” vahid dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. İ. Məlikov bildirib ki, hazırda dünyada diskləri replikasiya və dublikasiya üsulları ilə tirajlanır. “BMF Records” relizdə hər bir trekə verilən, IFPI (İnternational Federation of the Phonographic İndustry) tərəfindən rəsmi olaraq verilmiş unikal beynəlxalq ISRC kodlarına sahib olmaq hüququ ilə IFPI-nın üzvüdür.

İ. Məlikov bildirib ki, CDDB (Compact Disc Database – Musiqi Kompakt-disklər üzrə Mərkəzləşmiş Verilənlər Bazası) Beynəlxalq məlumat bazasında “BMF Records” relizlərinin identifikasiyasını təmin edən “Grasenote” şirkətinin rəsmi partnyorudur. “Grasenote”-un məlumat bazasına “Apple iTunes”, “Yahoo! Music Jukebox”, “AOL Winamp” kimi nəhəng media xidmətləri, həmçinin məişət və avtomobil istehlakçı elektronikası brendləri, o cümlədən, Alpine, Panasonic, Philips, Sony, Samsung, Sony Ericson kimi firmaların mobil mexanizmlər üçün media əlavələri müraciət edir: “Artıq bütün “BMF Records” məhsulları yuxarıda sadalanan bütün dünya brendlərinin məhsulları içərisində yalnız lisenziyalı kimi tanınacaq və eyniləşdiriləcək. Bundan əlavə, rəsmi rekord-leybl olaraq, “BMF Records”-un dünyanın müxtəlif ölkələrində bir çox iri İnternet mağazaları ilə razılaşması var. Bu isə o deməkdir ki, “BMF Records”-un relizləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da satılacaq ki, bu da yerli ifaçıların populyarlaşmasına imkan yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR