Bank Of Baku

Türkiyənin “MaNga” qrupu “Avropanın ən yaxşı artisti” mükafatına layiq görülüb - FOTO

Türkiyənin “MaNga” qrupu “Avropanın ən yaxşı artisti” mükafatına layiq görülüb - <font color=red>FOTO</font>
# 06 noyabr 2009 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 5-də Berlində MTV “European Music Awards” mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, “Avropanın ən yaxşı artisti” mükafatına Türkiyənin “MaNga” qrupu layiq görülüb. “Eurovision-2008” müsabiqəsinin qalibi, rusiyalı sənətçi Dima Bilan bu nominasiyada ikinci olub.

“Avropanın ən yaxşı artisti” nominasiyası üzrə qalib səsvermə ilə müəyyən edilib. Müsabiqə iki tur üzrə keçirilib. Birinci tura 17 ölkə qatılıb və yalnız 5 ölkə təmsilçisi “Avropanın ən yaxşı artisti” adı uğrunda mübarizə aparmaq üçün ikinci tura vəsiqə qazanıb. Sonda isə bu ölkələr arasında bir nəfər bu ada layiq görülüb.

Mərasimdə ən çox mükafat alan sənətçi Amerika müğənnisi Beyons Noulz olub. O, “Ən yaxşı mahnı”, “Ən yaxşı video” və “Ən yaxşı ifaçı” nominasiyalarında qalib seçilib.

“Ən yaxşı qrup” adına “Tokio Hotel”, “Ən yaxşı rok-qrupu” adına “Green Day”, “Ən yaxşı kişi ifaçısı” adına Eminem, ən yaxşı gənc artist adına Ledi GaGa layiq görülüb.

Qeyd edək ki, MTV “Avropa Music Awards” mükafatı ilk dəfə olaraq 1994-cü ildə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR