Bank Of Baku

Azərbaycanda ilk toy saytı istifadəyə verilib

Azərbaycanda ilk toy saytı istifadəyə verilib
# 06 noyabr 2009 09:56 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda ilk toy saytı istifadəyə verilib. APA-nın məlumatına görə, yeni istifadəyə verilən www.toylar.biz saytında arzuladığınız müğənnidən tutmuş tamadaya qədər, saç ustasından gəlin maşınlarına qədər seçim imkanı yaradılıb. Sayt «Biz production»un məhsuludur. «Biz production»un icraçı direktoru, telejurnalist Nicat Qafuroğlunun sözlərinə görə, əsas məqsəd toy etmək istəyənlərin işini asanlaşdırmaqdır: “www.toylar.biz nəinki Azərbaycanda, Qafqazda yeganə toy saytıdır ki, toya hazırlıqla bağlı bütün məsələlər nəzərə alınıb. Məsələn biz, toyunu fərqli etmək istəyənlərə orijinal ssenarilər, həmçinin yeni cütlüklər üçün bənzərsiz film çəkilişi təşkil edirik. Ona görə də çəkinmədən deyirik ki, “Toylar bizlikdir!”

Saytda diqqət çəkən bölmələrdən biri də, “Bəy-Gəlin” filmidir. Bu sahədəki sifarişləri «Biz production»un nəzdindəki Film Mərkəzi icra edir. Filmin müddəti istəkdən asılıdır. Müxtəlif məkanlarda, romantik süjetlərlə zəngin filmin iki baş qəhrəmanı var: Bəy və Gəlin.
www.toylar.biz saytının “Cehiz” bölməsində isə müxtəlif mağazaların məhsulları nümayiş etdirilir.

Hazırda ANS telekanalında yayımlanan “Toylar Kraliçasi” verilişinin sponsoru olan www.toylar.biz saytında toylarla bağlı maraqlı məlumatlar, həmçinin gənc ailələrə mütəxəssis məsləhətləri də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR