Bank Of Baku

Şən və Hazırcavablar Klubunun 4-cü festivalının açılış mərasimi keçirilib

Şən və Hazırcavablar Klubunun 4-cü festivalının açılış mərasimi keçirilib
# 09 noyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 8-də Şən və Hazırcavablar Klubunun (ŞHK) 4-cü festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına, Bakı şəhər ŞHK və “Parni iz Baku production”un təşəbbüsü ilə həyata keçirilən festivalda 18 ali təhsil ocağının komandası mübarizə aparıb. Tədbirdə çıxış edən Şən və Hazırcavablar Klubunun baş prodüseri Elvin Ağayev bildirib ki, 18 komanda sırasında Təfəkkür Universitetinin “TT”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan temperamenti”, Bakı Biznes Universitetinin “Gənc Biznesmenlər”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Exreme”, Azərbaycan Texniki Universitetinin “Texniki oğlanlar”, Azərbaycan Tibb Universitetinin “Eskulap” komandaları daha uğurlu çıxış ediblər. E. Ağayevin sözlərinə görə, festivalın açılış mərasiminin 8 noyabr tarixində keçirilməsi də təsadüfi deyil. Belə ki, 1961-ci ilin 8 noyabrında ilk dəfə olaraq Şən və Hazırcavablar klubunun I festivalının açılış mərasimi keçirilib. Məhz bu səbəbdən hər ilin 8 noyabr tarixi ŞHK günü kimi qeyd olunur. Maraqlı səhnəciklərlə hər kəsi güldürən və əyləndirən komandalardan “TT” komandasının üzvü Mədinə İbrahimli “Ən sadiq xanım” nominasiyası üzrə diplomla təltif edilib. Adı çəkilən xanım bu festivala hər il qatıldığına görə bu mükafata layiq görülüb. ŞHK-in növbəti oyunu dekabrın 6-da “Aktyorlar evi”ndə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR