Bank Of Baku

Rusiyanın ”Vintaj” qrupu Bakıda konsert verəcək

Rusiyanın ”Vintaj” qrupu Bakıda konsert verəcək
# 10 noyabr 2009 00:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın tanınmış qruplarından biri olan ”Vintaj” Bakıda konsert proqramı ilə çıxış edəcək.

APA-nın məlumatına görə, qrupun Bakıdakı konserti noyabrın 20-də “Buta Palace”də gerçəkləşəcək. “Face club” və “Buta Palace”in birgə təşkilatçılığı ilə keçiriləcək konsertdə qrup üzvləri “Kriminalnaya lyubov” adlanan ilk albomuna daxil olan mahnılarla yanaşı, hay-küyə səbəb olmuş ikinci albomundakı mahnıları da bakılı pərəstişkarları qarşısında ifa edəcəklər.

“Face club”un PR-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, konsertə biletlərin qiyməti 30-60-80 manatdır. Noyabrın 15-dək bilet alanlar həm əlavə bilet, “Face club”da nahar etmək, həmçinin “Vintaj” qrupunun üzvlərinin avtoqraflı albomunu əldə etmək imkanı qanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR