Bank Of Baku

Nazpəri Dostəliyeva yeni albomunu, klipini və saytını təqdim edib - FOTO

Nazpəri Dostəliyeva yeni albomunu, klipini və saytını təqdim edib - <font color=red>FOTO</font>
# 12 noyabr 2009 12:47 (UTC +04:00)
Bakı-APA. Bu gün xalq artisti Nazpəri Dostəliyeva “Sehir” adlı yeni albomunu, “Getdi yar” klipini və yenilənmiş www. nazperi.az saytını mətbuat nümayəndələrinə təqdim edib. APA-nın məlumatına görə, müğənni keçirdiyi mətbuat konfransında “STS” musiqi şirkəti ilə birlikdə piratlara qarşı mübarizə aksiyasına başladığını açıqlayıb. Müğənni albomunu məqsədli şəkildə ucuz qiymətlə satışa çıxarıb.

Sonra “Getdi yar” klipi nümayiş etdirilib. Klipdə Nazpəri xanım tək deyil, yeni həmkarları ilə görünəcək. Xalq artistinin tərəf müqabilləri “NEXT” qrupudur. Müasir üslubda hazırlanan xalq mahnısında milli musiqimizlə yanaşı Qərb musiqisinin elementlərindən də istifadə olunub. Yeni aranjemanda hazırlanan “Getdi yar” xalq mahnısına klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində aparılıb.

Klipdə maraqlı məqamlardan biri isə istifadə edilən avtomobillə bağlıdır. Belə ki, “Adrenalin” filmindəki “BUİCK” markalı avtomobil xüsusi olaraq “Getdi yar” klipi üçün Azərbaycana gətirilib. Hollivuddan gətirilən avtomobilin dəyəri 257 min avrodur. Albomda Nazpəri Dostəliyeva yaradıcılığında ilk dəfə olaraq mahnıya musiqi mətni yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR