Bank Of Baku

Rafet El Roman Bakı konsertində tar və kamanın müşayiəti ilə bir neçə mahnı ifa edəcək

Rafet El Roman Bakı konsertində tar və kamanın müşayiəti ilə bir neçə mahnı ifa edəcək
# 19 noyabr 2009 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ayın sonunda Bakıda konsert proqramı ilə çıxışı planlaşdırılan türkiyəli sənətçi Rafet El Roman bir neçə mahnısını Azərbaycanın milli musiqi alətləri tar və kamanın müşayiəti ilə ifa edəcək. Konsertdə türkiyəli müğənnini tarda Humay Qədimova, kamançada Sevinc Bağıyeva müşayiət edəcək. Bu barədə APA-ya məlumat verən Humay Qədimova bildirib ki, həmin gün Rafet El Romanın bir sıra populyar mahnılarını bakılı pərəstişkarlar qarşısında ifa edəcəyi nəzərdə tutulur. Həmin mahnılar arasında Tofiq Quliyevin “Sənə də qalmaz” və müğənninin repertuarında olan “Beni af edermisin” mahnısı həmin gün tar və kamanın müşayiəti ilə səslənəcək. Rafet El Romanın konserti noyabrın 29-da “Metkartinq” İstirahət Mərkəzində baş tutacaq. Konsert “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR