Bank Of Baku

Azərin Sezen Aksu və Ajda Pekkan kimi məşhurlarla birlikdə “TRT Müzik” telekanalının açılışında iştirak edib

Azərin Sezen Aksu və Ajda Pekkan kimi məşhurlarla birlikdə “TRT Müzik” telekanalının açılışında iştirak edib
# 19 noyabr 2009 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Türkiyənin “TRT Müzik” kanalının açılış mərasimində iştirak edən əməkdar artist Azərin Türkiyənin məşhur sənətçiləri Sezen Aksu və Ajda Pekkanla bir səhnəni bölüşüb. Sənətçinin prodüseri Cavid Abidovun APA-ya verdiyi məlumata görə, həmin tədbirdə əvvəlcə yerli sənətçilər, sonra isə azərbaycanlı müğənni səhnəyə çıxıb. C. Abidov deyib ki, TRT-nin rəsmi işçisi olan Azərin bu teleşirkətin bütün əhəmiyyətli tədbirlərinə dəvət olunur: “Biz daha çox Türkiyədə oluruq. Artıq əsas işimiz məhz Türkiyə ilə bağlıdır. İş və təkliflər həddən artıq çoxdur, ancaq qərar verməmiş o təklifləri açıqlaya bilmərəm”.

Prodüser bildirib ki, yaxın müddət üçün nəzərdə tutulan yeniliklər arasında Azərin xanımın yeni albomu da var. Hazırda isə bu alboma daxil ediləcək mahnılar üzərində iş gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR