Bank Of Baku

Noyabrın 20-də “Bakı Gecələri”nin final mərhələsi keçiriləcək

Noyabrın 20-də “Bakı Gecələri”nin final mərhələsi keçiriləcək
# 19 noyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 20-də “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, müsabiqə mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafı məqsədilə keçirilir. Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsi Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. Müsabiqəyə qatılan və 2009-cu ildə yazılmış 63 mahnıdan 25-i münsiflər heyəti tərəfindən seçilərək final mərhələsinə vəsiqə qazanıb. Münsiflər heyətinin qiymətləndirməsi əsasında 18 mahnı qala-konsertə buraxılacaq. Qaliblərin mükafatlandırılması və qala-konsert dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR