Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Fateh Ərkoç azərbaycanlı bəstəkardan mahnı istəyib

Türkiyənin tanınmış müğənnisi Fateh Ərkoç azərbaycanlı bəstəkardan mahnı istəyib
# 19 noyabr 2009 11:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və şairə Gövhər Həsənzadə bir neçə maraqlı layihə üzərində çalışır. Bu barədə APA-ya məlumat verən bəstəkarın mətbuat katibi Ceyran Nəriman bildirib ki, azərbaycanlı bəstəkar Türkiyənin tanınmış müğənnisi Fateh Ərkoçla əməkdaşlığa başlayıb: “Fateh Ərkoç Gövhər xanıma maraqlı təkliflə müraciət edib. O, yeni albomuna daxil etmək üçün G. Həsənzadədən bir mahnı istəyib. Hazırda Gövhər xanım bu təklif üzərində çalışır və tanınmış türk şairəsi Aişə Birgül Yılmazın sözlərinə bəstələdiyi bir neçə mahnını Fatehə təqdim etmək fikrindədir. O, seçim etməyi Fateh Ərkoçun özünə həvalə edib. Nəzərə alsaq ki, Fateh Ərkoç hər mahnını bəyənən deyil, deməli, azərbaycanlı bəstəkar kaprizli türk müğənnisini öz mahnıları ilə valeh edə bilib”.

C. Nərimanın sözlərinə görə, Türkiyə şou-biznesində nüfuzunu möhkəmləndirən bəstəkarın yenilikləri təkcə bununla bitmir: “Əslən azərbaycanlı olan və Almaniyada fəaliyyət göstərən müğənni Əzizcan Gövhər Həsənzadədən götürdüyü 26 mahnıdan dördünü artıq aranjeman etdirib. Bütün mahnılar Londonda aranjeman olunub və hazırda bu mahnıların musiqi dili ilə desək, “skelet” forması Gövhər xanıma göndərilib ki, bəstəkarın da razılığı alınsın. G. Həsənzadənin razılığından sonra Əzizcan bu mahnıları tanınmış musiqi şirkəti DMC tərəfindən buraxılacaq yeni albomuna daxil etmək niyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR