Bank Of Baku

Arif Quliyevin yaradıcılığının 40 illiyi qeyd olunacaq

Arif Quliyevin yaradıcılığının 40 illiyi qeyd olunacaq
# 20 noyabr 2009 14:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan xalq artisti, gülüş ustası Arif Quliyev yaradıcılığının 40 illik yubileyini qeyd edəcək. Noyabrın 21-də “Space” telekanalı ilə gülüş həftəsinə başlayan Arif Quliyev səhnə həyatının 40 illik yubileyi münasibətilə Dövlət Musiqili Komediya Teatrında maraqlı görüşlərə hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyevin iştirakı ilə dekabrın 4-də “Şeytanın yubileyi” (O. Rəcəbov, A. Babayev), dekabrın 5-də “Matəm marşı və ya gözünüz aydın” (M. Məmmədov), dekabrın 6-da isə “O olmasın, bu olsun” (Ü. Hacıbəyli) komediyaları nümayiş etdiriləcək. Bu tamaşalarda aktyorun tərəf-müqabilləri xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Elçin Həmidov, Əkbər Əlizadə, gülüş ustaları Novruz Əliyev, Çingiz Əhmədov, Ələkbər Əliyev, Əzizağa Əzizov, Nahidə Orucova, Ağaxan Şərifov, Fərid Əliyev, Nərgiz Kərimova və başqaları olacaq.

Aktyorun səhnə yaradıcılığının 40 illiyi ilə bağlı keçiriləcək tədbirlər 100 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR