Bank Of Baku

Natəvan Həbibi “Bakı Gecələri” mahnı müsabiqəsinin final mərhələsinə qatılmayıb

Natəvan Həbibi “Bakı Gecələri” mahnı müsabiqəsinin final mərhələsinə qatılmayıb
# 20 noyabr 2009 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı Gecələri” estrada mahnı müsabiqəsinin final mərhələsi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsində “Qala”, “Qoşa qala”, “N-Brothers” qrupları, İntizar, Leyla Rəhimova, Zamiq Hüseynov, Vüsal Hacıyev, Muxtar Abseynov, İlkin Əhmədov, Ariz Hüseynov, Emil Bədəlov, Sevinc Musayeva, Xəyalə Manaflı, Nicat Cəfərov, Natiq Ələkbərli, Ayaz Qasımov, Miriş Hüseynov, Mirkamil Mirkamilov, Leyla İdrisova, Şakir Mərdanov, Vüqar Muradov, Fidan Süleymanova, Xəyyam Nisanov, Sevda Yəhyayeva çıxış ediblər. Finala vəsiqə qazanan Natəvan Həbibi isə müsabiqəyə qatılmayıb. Təşkilatçılar bunu sənətçinin səhhətində problem olması ilə əlaqələndiriblər. Münsiflər heyətinin verdiyi qiymətlərin nəticəsinə görə, 18 mahnı qala-konsertə buraxılıb. Qaliblərin mükafatlandırılması və qala-konsert dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək.

Qeyd edək ki, “Bakı gecələri” estrada müsabiqəsinin münsiflər heyətində Mübariz Tağıyev, Oqtay Rəcəbov, Azad Şükürov, Qulu Ağsəs və Mənzər Nurəliyeva təmsil olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR