Bank Of Baku

Tarkan Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək

Tarkan Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək
# 23 noyabr 2009 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin meqa-starı Tarkan Tevetoğlu Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı olan “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsert 2010-cu il iyunun 18-də “Metkartinq” qış və yay istirahət mərkəzində keçiriləcək. Tarkan elə həmin ərəfədə işıq üzü görəcək yeni albomu ilə azərbaycanlı musiqisevərlərin görüşünə gələcək.

N. Emiloğlu artıq Tarkanla danışıqlar aparıldığını və həmin gün üçün razılıq əldə olunduğunu söyləyib: “Bu konserti sənətçinin öz istəyi ilə onun yeni albomu üzərində quracağıq. Sözsüz ki, tamaşaçıların da istəyi nəzərə alınacaq. Konsertdən əvvəl Tarkanın reklam çarxları və afişaları paytaxt əhalisinin diqqətinə çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR