Bank Of Baku

Özcan Dənizin Bakı konserti təxirə salınıb

Özcan Dənizin Bakı konserti təxirə salınıb
# 23 noyabr 2009 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Dənizin dekabrın 5-də Bakının Heydər Əliyev Sarayında verəcəyi konsert təxirə salınıb. Bu barədə APA-ya konsertin təşkilatçısı “Qoliaf media production”ın mətbuat xidmətinin rəhbəri Azər Nəsibov məlumat verib. O bildirib ki, Ö. Dənizin Azərbaycana gəlməməsinin səbəbi çəkilişləri davam edən serialla bağlıdır: “Hazırda Özcan Dəniz “Samanyolu” adlı serialda baş rolu canlandırır. Serialın çəkilişləri hər həftə aparıldığından o, heç cür çəkiliş meydançasını tərk edə bilmir. Bilirik ki, konsertin təxirə salınması xəbəri onun fanatlarını məyus edəcək. Amma sırf çəkilişlər ucbatından dekabrın 5-də keçirilməsi nəzərdə tutulan konset baş tutmayacaq”.

Biletlərin satışa çıxarılmadığını vurğulayan mətbuat xidmətinin rəhbəri, Ö. Dənizin konsertinin böyük ehtimalla gələn il keçiriləcəyini söyləyib: “Dekabrın sonları Məhərrəmlik ayına təsadüf etdiyindən konsertin gələn ilə qalma ehtimalı var. Amma indidən dəqiq tarix açıqlaya bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR