Bank Of Baku

Azərbaycanda keçirilən DJ-lərin IV çempionatının qaliblərinin adları açıqlanıb

Azərbaycanda keçirilən DJ-lərin IV çempionatının qaliblərinin adları açıqlanıb
# 24 noyabr 2009 05:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda keçirilən DJ-lərin IV çempionatının qaliblərinin adları açıqlanıb. Qaliblərin adı dünən “Face club”da keçirilən konfransda məlum olub.

“Face club”un piar-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, builki çempionatda 20-yə yaxın yerli DJ iştirak edib. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu il DJ-lərin çempionatı daha aktiv baş tutub və DJ-lərin də sayında xeyli artım var. Ötən gün keçirilən çempionatda 20-yə yaxın yerli DJ arasından DJ Drak “Best Club” nominasiyasında, DJ Syem “Best performance” nominasiyasında, DJ Ruido Loco isə tamaşaçı simpatiyası nominasiyasında qalib olub.

Qaliblər beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Onlar nominasiyanın diplomu və xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

E.Hüseynzadənin sözlərinə görə, Azərbaycanda keçirilən DJ-lərin IV çempionatı Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan DJ-lər Birliyinin, “İrəli” Gənclər Birliyi və “Face club”un təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR